CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayıq olun: sizin üçün "sms-tələ" qurulub

© Sputnik / Murad OrujovTelefon
Telefon - Sputnik Azərbaycan
Abunə olmaq
Mobil operatorlarla reklam şirkətlərinin bu planından vətəndaşın nə xəbəri var, nə icazəsi

BAKI, 6 sen — Sputnik. Mobil operatorlarla bağlı redaksiyamıza zaman-zaman müxtəlif səpkili şikayətlər daxil olur. Bir çox müştərilər tərəfindən gələn şikayətlərdən biri də mobil operatorlardan və qısa nömrələrdən gələn reklam xarakterli mesajlardır.

telefon - Sputnik Azərbaycan
CƏMİYYƏT
Reklam xarakterli SMS-lər abunəçiləri cana yığıb

Bu mesajların əksəriyyəti pullu xidmət olduğundan, müştərilər istəmədən belə, onların balansından pul çıxılır. Müştərilər bu hallardan şikayətlənirlər.

Məsələn, "Nar" mobil operatorunun abunəçilərindən olan Natiq Əliyev Sputnik-ə göndərdiyi şikayət məktubunda bildirir ki, özü istəmədən, onun nömrəsinə reklam mesajları, eyni zamanda 6555, 7615 və bu kimi digər qısa nömrələrdən reklam xarakterli mesajlar gəlir və əvəzində də hesabından pul silinir. Eyni zamanda, reklamdan imtina etmək istərkən, imtina mesajı üçün də hesabdan pul silindiyini qeyd edən şikayətçi, artıq bu durumdan təngə gəldiyini qeyd edir.

Sputnik-in əməkdaşı problemlə bağlı "Nar"ın müştəri xidmətləri ilə əlaqə saxlayıb. Aldığımız cavab bundan ibarət olub: ""Nar" mobil operator şirkəti olaraq qısa nömrələri şirkətlərə istifadə üçün təklif edir. Həmin şirkətlər öz növbələrində bu nömrələrdən istifadə edir. Biz heç bir şirkətə müştərilərin nömrələrini vermirik. O şirkətlər digər yollarla müştərilərin nömrələrini tapıb mesajları yönləndirir".

Mobil operatorun mətbuat xidmətinə ünvanladığımız rəsmi sorğuya isə bu cavabı aldıq: "SMS xidmətlərinin aktivləşdirilməsi, o cümlədən xidmətlərdən imtina şərtləri haqqında məlumat abunəçilərə məzmun təminatçıları (kontent provayderlər) tərəfindən təqdim edilir. Abunəçi hər hansı bir SMS göndəriş xidmətini dayandırmaq üçün ona SMS ilə göndərilmiş kodu müvafiq nömrəyə göndərə və ya müştəri xidmətlərinə, Əlaqə Mərkəzinə, eləcə də sosial səhifələrdəki müştəri xidmətlərinə müraciət edə bilər. Qeyd etmək lazımdır ki, SMS üzərindən bu xidmətlərdən imtina ödənişsizdir".

Problemi Sputnik-ə şərh edən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüzün sözlərinə görə, bu hadisələrə son zamanlar kifayət qədər rast gəlinir və xeyli sayda anlaşılmazlıqlar ortadadır: "Hətta son dövrlərdə bu məsələlərlə bağlı Milli Məclisdə də müzakirələr aparıldı və reklam ilə bağlı qanunvericilikdə kifayət qədər dəyişikliklər edildi. Dəyişiklikdə göstərilir ki, vətəndaşın razılığı olmadan ona mesaj və reklam xarakterli mesajlar göndərilə bilməz. Mobil operatorlarda müqavilədə nəzərdə tutulan mesajlar haqqında bir məlumat yoxdursa, o zaman onlar reklam xarakterli məlumatlar göndərə bilməzlər. Yox, müqavilədə varsa və vətəndaş oxumadan müqaviləyə qol çəkərək bu mesajları qəbul etməyə hazır olduğunu imzası ilə təsdiqləyirsə, o zaman şikayətçi ola bilməz".

"Yaxşı olar ki, vətəndaşlar müqavilələri diqqətlə oxuyub, sonra müqaviləyə imza atsınlar. O ki qaldı digər şirkətlərin reklamlarına, bu reklamları mobil operator deyil, həmin reklam şirkəti göndərir, həm də mobil operatorla bağladığı müqavilə əsasında. İstənilən halda, mobil operatorun da bu məsələdə məsuliyyəti var", — ekspert qeyd edib.

© Photo : Courtesy of Osman GunduzOsman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti - Sputnik Azərbaycan
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti

O. Gündüzün dediyinə görə, mobil operatorların müştərilərin nömrələrini reklam şirkətlərinə verməsinə dair faktlar da var: "Bunlar qayda pozuntusudur. Hətta insanlar hansısa internet saytlarda gəzişərkən, bilmədən hər hansı bir düyməni klikləyəndə artıq reklam xarakterli bir linkə daxil olmuş olur və ondan sonra müştərinin nömrəsi qeydə alınır və daimi mesajlar gəlməyə başlayır. Eyni zamanda texnologiyanın inkişafı nəticəsində xüsusi proqramlar vasitəsi ilə müştərilərin nömrələri əldə edilir ki, bu kimi hallar da qanun pozuntusudur".

Ekspert bildirib ki, müştərilər belə hallarla rastlaşarsa, o zaman İqtisadiyyat Nazirliyinin nəzdində yerləşən İstehlakçıların Hüquqlarının Müdafiəsi Şöbəsinə müraciət edə bilərlər: "Eyni zamanda operatorların özlərinə müraciət edə bilərlər və ən sonda məhkəməyə müraciət etmək hüquqları var".

Xəbər lenti
0