CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərzaq məhsullarının topdansatışı dayandı

CC0 / Heamer / marketƏrzaq dükanı - supermarket
Ərzaq dükanı - supermarket - Sputnik Azərbaycan
Abunə olmaq
Mağazalarda bunu qiymət artımının gözlənilməsi ilə izah edirlər, topdansatış şirkətləri marketlərin indiyədək aldıqları malın pulunu verməməsi ilə

BAKI, 5 sen — Sputnik. Son günlərdə satış mərkəzlərində və iri marketlərdə ərzaq məhsullarının qiyməti bahalaşıb. Satışla məşğul olan şəxslər bunu Azərbaycanda dolların manata nisbətən məzənnəsinin artması ilə izah edirlər.

Supermarket - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkəyə xaricdən kapital axınını sürətləndirmək lazımdır

Müşahidələr isə göstərir ki, qiymət artımı təkcə xaricdən gətirilən mallarda deyil, yerli istehsal olan məhsullarda da baş verib. Bu siyahıda "Azərsun Holdinq"in istehsal etdiyi məhsullar da var. Şirkətin ictimaiyyətlə əlaqələr departamentnin rəhbəri Afiq Səfərov qiymət artımını inkar etməyib. Bildirib ki, son günlərdə "Azərsun"un məhsullarında 5-6 faizlik bahalaşma baş verib. Bu da xammalın maya dəyərinin artması ilə bağlıdır. Şirkət rəsmisi qiymət artımı ilə bağlı rəsmi açıqlama yayacaqlarını da qeyd edib.

Qeyd edək ki, şəkər tozu əvvəl marketlərdə 1 manat 10 qəpiyə satılırdısa, indi 1 manat 30 qəpiyədək bahalaşıb. Gündəlik tələbat məhsulu olan yumurta isə 11 qəpikdən 14 qəpiyədək bahalaşıb. Kənd yumurtasının qiymətində də artım bu qədərdir — 14 qəpikdən 18 qəpiyə qalxıb.

Daha bir gündəlik tələbat məhsulu olan yağların qiymətində də ciddi bahalaşma baş verib. Məsələn, "Westgold" yağının 1 kq-nın topdansatış qiyməti 6,7 manatdan 7,1 manata qalxıb.

Qiymət artımı sərinləşdirici içkilərdə də müşahidə edilir. 0,5 litrlik qablaşmada "Coca Cola" əvvəl 34 qəpiyə satılırdısa, indi 51 qəpik olub. Həmin içkinin 1 litrlik qablaşması 82 qəpiyə satılır. Buna qədər isə 60 qəpik idi.

Qiymətlərin artımı ilə yanaşı, mağazalara mal buraxılması da məhdudlaşdırılıb. Bəzi topdansatış mərkəzləri son günlər marketlərə mal vermir. Topdansatıçılar mağazalara ancaq əvvəl satdıqları malların pulunu almaq üçün gəlirlər.

Mağazalarda bunu qiymət artımının gözlənilməsi ilə izah edirlər. Topdansatış şirkətlərində isə bildirirlər ki, belə hallar varsa, bu, marketlərin indiyədək aldıqları malı satıb pulunu verməməsi ilə bağlıdır.

Xəbər lenti
0