CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən il 50 nəfər istehsalatda bədbəxt hadisənin qurbanı olub

© pixabay / skeezeİstehsalat prosesi
İstehsalat prosesi - Sputnik Azərbaycan
Abunə olmaq
Faktiki məşğul olub, amma icbari sığortaya cəlb olunmayanların sayı 3 488 400 nəfər təşkil edib ki, bu şəxslər də sığorta hadisəsi baş verdikdə kompensasiya ala bilmirlər

BAKI, 16 avq — Sputnik. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "İstehsalatda Bədəbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta sistemi. Mövcud vəziyyətin monitorinqi" adlı layihənin icrası davam etdirilir. Layihə çərçivəsində əmək bazarında işçilərin ədalətli və əlverişli əmək şəraitinin təmin olunması, o cümlədən onların bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığortası ilə bağlı vəziyyətin öyrənilməsi və müvafiq hesabatın və tövsiyə sənədinin hazırlanması nəzərdə tutulur.

Tikinti işləri - Sputnik Azərbaycan
HADİSƏ
Bu peşə bədbəxt hadisələrin sayına görə "liderdir"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (VƏHML) 2016-cı ilin aprel-iyul ayları ərzində xüsusi metodologiya əsasında və müxtəlif monitorinq alətləri tətbiq etməklə istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərinin minimuma endirilməsi üçün həyata keçirilən tədbirlər, onların nəticələri, problemlər və onu doğuran səbəbləri öyrənib və monitorinqin nəticələrinə uyğun hesabat hazırlayıb. Hesabat Qanunvericiliyin təhlili, Qanunvericiliyin tətbiqi praktikası və Siyasətin formalaşmasına dair tövsiyələr hissələrindən ibarətdir.

Qurumdan Sputnik-ə verilən məlumata görə, monitorinq nəticəsində müəyyən edilib ki, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından icbari sığortaya dair qanunvericiliyin tətbiqindən 6 ilə yaxın vaxt keçir və bu müddət ərzində əhəmiyyətli proqres var: "İstehsalatda bədbəxt hadisə nəticəsində peşə-əmək qabiliyyətini qismən itirən şəxslər və ya bu hadisə nəticəsində həlak olanların ailələri qanunvericiliklə müəyyən edilmiş, birdəfəlik və ya aylıq kompensasiyaları alır və onların müalicə xərcləri sığorta şirkətləri tərəfindən qarşılanır. Buna baxmayaraq, bu sahədə hələ də ciddi problemlər qalmaqdadır. Belə ki, formal əmək bazarı üzrə göstəricilərə nəzər saldıqda görünür ki, 2015-ci ildə sığorta olunanların sayı 1 067 600 nəfər təşkil etmişdir. Halbuki, rəsmi statistikaya görə məşğul əhalinin sayı 4 milyon 556 nəfərdir".

"Beləliklə 2015-ci ildə faktiki məşğul olub icbari sığortaya cəlb olunmayanların sayı 3 488 400 nəfər təşkil etmişdir. Bu şəxslər sığorta hadisəsi baş verdikdə əksər hallarda kompensasiya ala bilmirlər. Belə ki, sığorta olunmayan işçilərin sağlamlığına dəyən ziyanın əvəzini işəgötürən ödəməlidir. Əmək müqaviləsi olmadan işləyən və qeyri-formal əmək bazarının iştirakçısı olan işçilər təbii ki, hadisə baş verdikdə onu məhkəmə qaydasında sübut etməlidir. Bu isə praktiki baxımdan olduqca çətindir", — deyə hesabatda bildirilir.

VƏHML formal əmək bazarı üzrə göstəricilərin də ürəkaçan olmadığını qeyd edir: "Belə ki, əmək müqaviləsi üzrə işləyənlərin 28,6 %-i istehsalatda bədbəxt hadisə və peşə xastəlikləri hallarından icbari sığorta olunmamışdır. Baxmayaraq ki, İnzibati Xətalar Məcəlləsində işçilərini bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarından sığorta etməyən hüquqi şəxs 5000 manat cərimə olunur. Yoxlamalara qoyulan moratoriumdan sui-istifadə halları çoxalmaqdadır. Əmək müqaviləsi ilə işləyənlərin sayını yuvarlaq olaraq 1,5 milyon qəbul etsək, onların 900 min nəfərindən çoxu dövlət sektorunda, 600 minə qədəri isə özəl sektordadır. Bu 600 min nəfərin əksəriyyəti ilə əmək müqaviləsi ikili mühasibatlıq əsasında bağlanıb, yəni faktiki əmək haqqı ilə əmək müqaviləsində göstərilən əmək haqqı arasında bəzən bir neçə dəfə fərq olur".

Hesabata əsasən, 3 milyon məşğul insan isə aşağıdakılara aiddir:

• Mülki-hüquqi müqavilə ilə işlər və xidmətlər həyata keçirənlər;
• Qeyri-formal əmək bazarı iştirakçıları;
• Pay torpaq mülkiyyətçisi və onun əmək qabiliyyətli ailə üzvləri.

SOCAR-ın çilingəri bədbəxt hadisə nəticəsində həlak oldu

Bununla belə VƏHML-in əvvəlki illərdə həyata keçirdiyi təhlillərə əsasən qeyd etmək mümkündür ki, istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta sisteminin tətbiqinin effektivliyi artmaqdadır. 2015-ci ilə ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri halları üzrə sığorta ödənişləri 2 429 300 manat təşkil etmişdir.

"Rəsmi statistikaya görə, 2015-ci ildə qeydə alınmış istehsalatda bədbəxt hadisələrin sayı 161 nəfər olmuşdur. Onlardan 111 nəfəri müxtəlif dərəcəli xəsarət alımış, 50 nəfər isə bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Peşə xəstəlikləri göstəriciləri əvvəlki illərdə olduğu kimi 2015-ci ildə də Səhiyyə Nazirliyi tərəfindən açıqlanmamışdır", — deyə hesabatda qeyd olunur.

Qeyd edək ki, monitorinqin nəticələrinə uyğun olaraq tövsiyələr hazırlanıb. Hesabat və tövsiyələr maraqlı tərəflərə təqdim ediləcək.

Xəbər lenti
0