CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Marketlərdə dolaşan "ölüm kabusu"

© Sputnik / Fuad HasanovMağaza vitrini
Mağaza vitrini - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə satılan ərzaq məhsulları, xüsusilə şirniyyat məmulatları ilə bağlı qorxunc faktlar meydana çıxıb

BAKI, 12 avq — Sputnik. Vaxtı keçmiş ərzaq məhsullarının satışda qalması cinayət hesab olunsa da, təəssüf ki, bu cür hallara tez-tez rast gəlinir. Vətəndaşlar pozuntu hallarının daha çox şirniyyat çeşidlərində qeydə alındığını bildirsələr də, rəflərdə istifadə müddəti başa çatmış kolbasa məhsullarının olması haqda da dəfələrlə mətbuatda yazılar gedib.

Ərzaq dükanı - supermarket - Sputnik Azərbaycan
CƏMİYYƏT
Supermarketlərə istifadə müddəti başa çatmaqda olan ərzaqları tullamaq qadağan edildi

Oxşar problem Yasamal rayonu Mətbuat prospektində yerləşən kiçik marketdə də yaşanıb. Yaşadığı binanın həyətindəki mağazadan "Super Kontik" adlı şirniyyat alarkən, həmin məhsulun istifadə tarixinin keçdiyini görən vətəndaş Azər İsmayılov, gördüyü problemi Sputnik-ə danışıb.

"Məhsulun son istifadə tarixinin üstündən 16 gün keçməsinə baxmayaraq, satışı davam edirdi. Problemi onlara deyəndən sonra rəfi boşaltdılar. Mağaza rəhbərliyini şəxsən tanıyıram və inanmıram ki, onlar qəsdən belə hərəkətə yol versinlər. Ancaq hər halda diqqətli olmaq lazımdır", — vətəndaş bildirib.

Onun sözlərinə görə, kiminsə körpəsinin hansısa qidadan zəhərləndiyinə dair hər gün müxtəlif xəbərlər yayılır: "Özü də axı, uşaqlar çox vaxt həyətdə olurlar, valideyndən xəbərsiz marketə girib şirniyyat alırlar. Biz böyüklər nə isə alanda tarixinə baxırıq, uşaqlarda isə bu yoxdur".

Bənzər hadisə Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksində də yaşanıb. Məhəllədəki marketlərin birindən körpə uşağı üçün "Hoş-Beş" adlı şirniyyat aldığını deyən sakin Fuad Həsənov, daha sonra həmin şirniyyatın içindən qurd çıxdığını söyləyib.

Vətəndaş Sputnik-in əməkdaşına bunları deyib: "Tarixinə baxmadan aldım, amma yaxşı ki, evə qayıdanda məhsulu özüm açdım. Uşaqlara verəcəkdim, amma gördüm ki içərisində qurd var. Üç ədəd almışdım, üçü də qurdlu çıxdı. Sonra tarixinə baxanda gördüm ki, son istifadə müddəti iki ay əvvəl bitib. Aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, bu işlə ciddi məşğul olsunlar".

Kartof - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ərzaq əvəzinə heyvan yemi yeməyə məhkumuq

Problem rayonlarda özünü daha qabarıq göstərir. Bir neçə il əvvəl Qax rayonunun Qaratala kəndində Məhbubə və Tahir Rəsulovların azyaşlı qızı dükandan alınan "Bakush"u yedikdən dərhal sonra zəhərlənərək ölüb. Valideynləri əvvəlcə uşağın nədən zəhərləndiyini anlaya bilməyiblər. Uşağın dəfnindən sonra nənəsi təsadüfən sürahinin üstündən, ötən gün nəvəsi üçün dükandan aldığı "Bakush"un yarısını görür. Ona diqqətlə baxanda dəhşətə gəlir.

"Bakush"un içi gömgöy kif bağlamışdı. Onu ekspertizaya təqdim edirlər. Məlum olur ki, bu, vaxtı keçmiş və dükanda qalaraq kiflənmiş məhsuldur. Bundan sonra uşağın məhz vaxtı keçmiş bakuşdan zəhərləndiyi məlum olub.

Xəbər lenti
0