CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərəblər Azərbaycanda "ölü diriltməyə" başlayıblar

© Sputnik / Fuad HasanovSədərək ticarət mərkəzində ərəb turistlər
Sədərək ticarət mərkəzində ərəb turistlər - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 15 avq — Sputnik. "Saytlardan oxuyuruq ki, bəzi insanlar ərəblərin ölkəmizə gəlməsindən narahat olurlar. Halbuki biz hər gün onlarla ünsiyyətdə oluruq, çox mehriban, səmimi və dünyagörüşlü adamlardır. Məncə insanları geyiminə, imicinə görə tənqid eləmək olmaz".

Bu sözləri Sputnik-in əməkdaşı ilə söhbət zamanı, Sədərək Ticarət Mərkəzində satıcı işləyən Nadir Əliyev deyib. O, ərəb turistlərlə bağlı gedən müzakirələrin həddi aşdığını düşünür: "Mənə elə gəlir ki, bu söz-söhbəti ortalığa atanlar qəsdən belə edirlər. Düşünürəm ki, bu, ideoloji məsələdir. Ona görə dərinə girmək istəmirəm. Amma xalqımızın çoxu onlar kimi düşünmür".

"Bildiyim qədərilə, gün ərzində 500-1000 nəfər arası ərəb turist gəlir Bakıya. Nə qədər də pul xərcləyirlər. Bunun nəyi pisdir ki? Onlar bura gələndən bizim alverimiz də güclənib. İndi axşam evə gedəndə daha xoş əhval-ruhiyə ilə gedirəm. Çünki əvvəlki kimi əli-boş yox, əli dolu girirəm evə", — satıcı deyib.

Son günlər Sədərək Ticarət Mərkəzində, əvvəllər heç olmadığı kimi sıxlıq müşahidə olunur. Hətta bir müddət öncə mağazasının ağzına qıfıl vurub qeybə çəkilən sahibkarlar da bu günlərdə yenidən işlərinə geri qayıdıblar. Alverçiləri həvəsləndirən əsas faktor məhz ərəb turistlərin gəlişidir.

Digər millətlərdən fərqli olaraq, ərəblər alış-verişi çox sevirlər və bu səbəblə də öz ölkələrinə qayıtmazdan əvvəl, getdikləri ölkənin böyük ticarət mərkəzlərinə mütləq baş çəkirlər. O cümlədən də Sədərək TM-ə.

© Sputnik / Fuad Hasanovİnsanları geyiminə, imicinə görə tənqid eləmək olmaz
İnsanları geyiminə, imicinə görə tənqid eləmək olmaz - Sputnik Azərbaycan
1/10
İnsanları geyiminə, imicinə görə tənqid eləmək olmaz
© Sputnik / Fuad HasanovGün ərzində 500-1000 nəfər arası ərəb turist gəlir Bakıya. Nə qədər də pul xərcləyirlər. Bunun nəyi pisdir ki?
Gün ərzində 500-1000 nəfər arası ərəb turist gəlir Bakıya. Nə qədər də pul xərcləyirlər. Bunun nəyi pisdir ki? - Sputnik Azərbaycan
2/10
Gün ərzində 500-1000 nəfər arası ərəb turist gəlir Bakıya. Nə qədər də pul xərcləyirlər. Bunun nəyi pisdir ki?
© Sputnik / Fuad HasanovOnlar bura gələndən bizim alverimiz də güclənib. İndi axşam evə gedəndə daha xoş əhval-ruhiyə ilə gedirəm. Çünki əvvəlki kimi əli-boş yox, əli dolu girirəm evə
Onlar bura gələndən bizim alverimiz də güclənib. İndi axşam evə gedəndə daha xoş əhval-ruhiyə ilə gedirəm. Çünki əvvəlki kimi əli-boş yox, əli dolu girirəm evə - Sputnik Azərbaycan
3/10
Onlar bura gələndən bizim alverimiz də güclənib. İndi axşam evə gedəndə daha xoş əhval-ruhiyə ilə gedirəm. Çünki əvvəlki kimi əli-boş yox, əli dolu girirəm evə
© Sputnik / Fuad HasanovƏrəblər alış-verişi çox sevirlər və bu səbəblə də öz ölkələrinə qayıtmazdan əvvəl, getdikləri ölkənin böyük ticarət mərkəzlərinə mütləq baş çəkirlər
Ərəblər alış-verişi çox sevirlər və bu səbəblə də öz ölkələrinə qayıtmazdan əvvəl, getdikləri ölkənin böyük ticarət mərkəzlərinə mütləq baş çəkirlər - Sputnik Azərbaycan
4/10
Ərəblər alış-verişi çox sevirlər və bu səbəblə də öz ölkələrinə qayıtmazdan əvvəl, getdikləri ölkənin böyük ticarət mərkəzlərinə mütləq baş çəkirlər
© Sputnik / Fuad HasanovYerli sahibkarlar ərəblərin ölkəmizdə sayının artmasından məmnundurlar
Yerli sahibkarlar ərəblərin ölkəmizdə sayının artmasından məmnundurlar - Sputnik Azərbaycan
5/10
Yerli sahibkarlar ərəblərin ölkəmizdə sayının artmasından məmnundurlar
© Sputnik / Fuad HasanovObyekti təhvil verib getmək istəyirdi ki, alver gücləndi. Təbii ki, buna ərəblər səbəb oldu.
Obyekti təhvil verib getmək istəyirdi ki, alver gücləndi. Təbii ki, buna ərəblər səbəb oldu. - Sputnik Azərbaycan
6/10
Obyekti təhvil verib getmək istəyirdi ki, alver gücləndi. Təbii ki, buna ərəblər səbəb oldu.
© Sputnik / Fuad HasanovBakının əsas mərkəzi daha çox xoşuma gəldi. Gecə işıqlandırması əladır. Parisdə, Londonda olmuşam, əmin olun, Bakınız onlardan heç də geri qalmır
Bakının əsas mərkəzi daha çox xoşuma gəldi. Gecə işıqlandırması əladır. Parisdə, Londonda olmuşam, əmin olun, Bakınız onlardan heç də geri qalmır - Sputnik Azərbaycan
7/10
Bakının əsas mərkəzi daha çox xoşuma gəldi. Gecə işıqlandırması əladır. Parisdə, Londonda olmuşam, əmin olun, Bakınız onlardan heç də geri qalmır
© Sputnik / Fuad Hasanov"Merinos" xalça dükanının sahibi Araz Nəsibov
Merinos xalça dükanının sahibi Araz Nəsibov - Sputnik Azərbaycan
8/10
"Merinos" xalça dükanının sahibi Araz Nəsibov
© Sputnik / Fuad HasanovSədərək ticarət mərkəzində ərəb turistlər
Sədərək ticarət mərkəzində ərəb turistlər - Sputnik Azərbaycan
9/10
Sədərək ticarət mərkəzində ərəb turistlər
© Sputnik / Fuad HasanovXalçalara çox maraq göstərməsələr də, ərəblərin Azərbaycanda çoxalması məni sevindirir
Xalçalara çox maraq göstərməsələr də, ərəblərin Azərbaycanda çoxalması məni sevindirir - Sputnik Azərbaycan
10/10
Xalçalara çox maraq göstərməsələr də, ərəblərin Azərbaycanda çoxalması məni sevindirir
1/10
İnsanları geyiminə, imicinə görə tənqid eləmək olmaz
2/10
Gün ərzində 500-1000 nəfər arası ərəb turist gəlir Bakıya. Nə qədər də pul xərcləyirlər. Bunun nəyi pisdir ki?
3/10
Onlar bura gələndən bizim alverimiz də güclənib. İndi axşam evə gedəndə daha xoş əhval-ruhiyə ilə gedirəm. Çünki əvvəlki kimi əli-boş yox, əli dolu girirəm evə
4/10
Ərəblər alış-verişi çox sevirlər və bu səbəblə də öz ölkələrinə qayıtmazdan əvvəl, getdikləri ölkənin böyük ticarət mərkəzlərinə mütləq baş çəkirlər
5/10
Yerli sahibkarlar ərəblərin ölkəmizdə sayının artmasından məmnundurlar
6/10
Obyekti təhvil verib getmək istəyirdi ki, alver gücləndi. Təbii ki, buna ərəblər səbəb oldu.
7/10
Bakının əsas mərkəzi daha çox xoşuma gəldi. Gecə işıqlandırması əladır. Parisdə, Londonda olmuşam, əmin olun, Bakınız onlardan heç də geri qalmır
8/10
"Merinos" xalça dükanının sahibi Araz Nəsibov
9/10
Sədərək ticarət mərkəzində ərəb turistlər
10/10
Xalçalara çox maraq göstərməsələr də, ərəblərin Azərbaycanda çoxalması məni sevindirir

Apardığımız araşdırmadan bəlli oldu ki, yerli sahibkarlar ərəblərin ölkəmizdə sayının artmasından məmnundurlar. Belə sahibkarlardan biri də, "Merinos" xalça dükanının sahibi Araz Nəsibovdur.

"Xalçalara çox maraq göstərməsələr də, ərəblərin Azərbaycanda çoxalması məni sevindirir. Qonşu dükan yaxın tanışımındır. Pal-paltar satır. Obyekti təhvil verib getmək istəyirdi ki, alver gücləndi. Təbii ki, buna ərəblər səbəb oldu. Eşitdiyimizə görə, vizalar sadələşdiyi üçün turistlərin sayı artıb. Ona görə, demək lazımdır ki, sağ olsun hökumətimiz. Bəlkə bu üsulla itirilən neft gəlirlərini kompensasiya eləmək olar", — ticarətçi əməkdaşımızla söhbətində bildirib.

Fürsət düşmüşkən, ayaqüstü ərəb turistlərlə söhbət eləmək imkanımız da oldu. Marva Şadiya adlı misirli xanım Sputnik-ə açıqlamasında sabah ölkəsinə qayıdacağını, ancaq ilk fürsətdə Bakıya yenə gələcəyini, hətta növbəti dəfə bütün ailəsini Azərbaycana gətirəcəyini söylədi.

"Bakının əsas mərkəzi daha çox xoşuma gəldi. Gecə işıqlandırması əladır. Parisdə, Londonda olmuşam, əmin olun, Bakınız onlardan heç də geri qalmır", — Şadiya bildirdi.

Qonaq turistlərdən yerli mediada onlar haqqında dolaşan məlumatlar barədə də soruşduq və aldığımız cavab belə oldu: "Əlbəttə, sizin dili bilmədiyimiz üçün, haqqımızda nələr danışıldığından xəbərimiz olmur. Amma inanmaq istərdik ki, Azərbaycan xalqı bəzi pessimist və qaranlıq düşüncəli adamlar kimi düşünmür. Çünki pessimist adam hər yerdə var. Bizim ərəblərin içində də var. Hər kəsi eyni cür dəyərləndirməməliyik".

Xəbər lenti
0