SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın gənc deputatı hələ də kirayədə yaşayır

© Photo : afn.azElşən Musayev - Milli Məclisin deputatı
Elşən Musayev - Milli Məclisin deputatı - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin deputatı Elşən Musayev ad günündə yaşadığı təvazökar həyatı anladıb.

BAKI, 11 avq-Sputnik. "Mənfəət güdən adam olsaydım, 2009-dan bəri kirayədə yaşamazdım."

Sputnik xəbər verir ki, bu sözləri musavat.com-a müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.

37 yaşının tamam olması münasibətilə müsahibə verən E.Musayev öz təvazökar yaşayışından danışıb.

İndiyə qədər ictimai nəqliyyatdan istifadəyə üstünlük verdiyini vurğulayan deputat deyib:

"Avtomobilimin markasını deməyəcəm. Amma bazara çıxardıb satası olsam uzağı 4 min manat pul verərlər. Maşın mənim üçün prioritet məqsəd deyil. Ona görə dəyişmirəm. Yəni əlimdəki bütün pulu xərcləyib maşın dəyişəcəyimə, yüz problem həll edərəm. Heç deyim ki, o maşını sürmürəm də.

Yeni Azərbaycan Partiyası - Sputnik Azərbaycan
Partiyaların deputatları kimlərdir?
 Həftənin ən az 5 gününü ictimai nəqliyyatdan istifadə edirəm. Amma məsələ burasındadır ki, hamı elə bilir göz qaytarıram. Ya da düşünürlər, bunun biznesi, pulu, var-dövləti var, sadəcə üzərinə diqqət cəlb eləmək istəmir. Əslində isə vəziyyət həqiqətən fərqlidir."

Durumundan, bu günündən əsla və əsla şikayətçi olmadığını qeyd edən E.Musayev hələ də kirayədə yaşamasının səbəbini belə izah edib:

"Varlı-karlı deyiləm, bunu hamı bilsin. Mən siyasətə pul qazanmaq üçün deyil, sidq ürəkdən Prezidentimə, Heydər Əliyev yoluna bağlı olduğum üçün gəlmişəm. Düzgün və doğru insanları müdafiə etməmdən dolayı da son dərəcə xoşbəxtəm. Mənfəət güdən adam olsaydım, 2009-dan bəri kirayədə yaşamazdım. Ya da kirayə qaldığım evin yiyəsini son bir il boyunca cidd-cəhdlə inandırmağa çalışmazdım ki, qardaş, vallah-billah, Allah haqqı mən deputatam, yalan danışmıram."

Deputat gözünün ağı-qarası olan bircə qızını yaxşı məktəbdə oxutmaq imkanının olmadığını da bildirib:

"Elə bir qızım var. 4-cü sinfi bu il bitirib. 10 yaşındadır. Həyatda ən böyük arzularım da onunla bağlıdır. İstəyirəm yaxşı təhsil alsın, millətinə, dövlətinə yararlı biri olsun. Övladımın müəllimlərinin bəlkə də çoxu heç bilmir ki, mən deputatam. Çünki ailə olaraq reklamı sevmirik. Kimsə də bizə hansısa güzəşti eləmir. Məişətdə də eyni cür. Hamı necə, qızım da elə. Hərdən ata-bala metroya düşüb, avtobusa minib gəzirik, paltarlarımızı adi yerlərdən alırıq, pulu qənaətlə xərcləyirik. Çox təəssüf ki, hələ övladımı özəl məktəbdə oxutmağa gücüm çatmır. Amma bunu çox arzulayıram. İnşallah nə zamansa Əli Kərimli qədər pulum olsa, bunu düşünmədən edəcəm."

E.Musayev əlinə gəlib çatan deputat maaşının 2 min manat olduğunu deyib.

Xəbər lenti
0