Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan vətəndaşları manatın gələcəyindən narahatdırlar

© Sputnik / Murad OrujovManat və dollar
Manat və dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Əhali milli valyutamızın dollar qarşısında duruş gətirə bilməyəcəyini düşünür

BAKI, 22 iyul — Sputnik. Bir müddət öncə 1.50-nin aşağısına düşən ABŞ valyutası, son 2 ayda yenidən sürət götürərək, 1.60 həddinə yaxınlaşır. Ekspertlər bunu müxtəlif səbəblərdən izah edir və milli valyutamızın gələcək taleyi ilə bağlı fərqli versiyalar irəli sürürlər. Ən çox üzərində dayanılan ehtimal 1 dollar = 1.65 manat proqnozudur.

Dollar - Sputnik Azərbaycan
Dollar 1.57 manatı keçdi

Bəs, sıravi vətəndaşlar dollar-manat qarşıdurması, bu mübarizənin nəticələri haqda nə düşünürlər? Sputnik-in əməkdaşı bu suala cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib. Beləliklə:

Аytən Abdullayeva — müəllimə: "Bu prosesin fonunda insanlar daha güclü olmağı, yaşamaq üçün mübarizə aparmağı öyrənirlər. Zənnimcə, manatın zəifləməsi prosesi bir az da davam edəcək".

Kazım Kazım — idmançı: "Azərbaycan iqtisadiyyatı neftdən aslıdır. Ona görə də manatın dollarla ayaqlaşması mümkün deyil. Neftin qiyməti 5 dəfə aşağı enib, hələ manat güclüdür ki, tab gətirir. Əslində indiyə manat rubl kimi çox dəyər itirməli idi, amma hələ ki, manat dollarla mübarizə aparır. Bununla belə, hesab edirəm ki, yaxın 1 ilə manat rublun səviyyəsinə düşəcək, yaxud Türkiyənin köhnə pulunun".

Fəqan Babayev — kiçik sahibkar: "Manat dollarla mübarizə aparacaq gücdə deyil. Bu gedişlə məğlub olacaq".

Manat və dollar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Manat ucuzlaşmaqda davam edir

Könül Əhmədova — ofis meneceri: "Dövriyyədə valyuta tamlığı olduqdan sonra nəsə gözləmək olar. Hələ ki manat uçuruma doğru gedir".

Murad Uğur — aktyor: "Dolların qalxmasını normal qəbul edirəm. Amma qeyri-təbii hesab etdiyim odur ki, dollar bizim neftimiz bahalaşanda da qalxır, ucuzlaşanda da".

Bəkir Osmanov — fotoqraf: "Əgər BP-nin hansısa bir yetkilisi çıxıb desə ki, "neft qurtardı, bizim yığışıb gedirik", o zaman 1 dollar = 5 manat, bəlkə də daha çox olacaq".

Emil Bayramov — menecer: "Hələlik manatın gələcəyini yaxşı görmürəm. Yalnız bu inflyasiyadan yaxa qurtarmaq üçün kiçik və orta sahibkarlara şərait yaratmaq lazımdır və ən əsas məsələlərdən biri kənd təsərrüfatı məhsullarının ixracının yaxşılaşdırılması üçün dövlət səy göstərməlidir ki, məhsullar gömrükdə qalıb məhv olmasın".

Şahin Sərdarlı — foto müxbir: "Dollar bahalaşmaqda davam edəcək".

Sevinc Bayramova (İsgəndərli) — evdar qadın: "Bəlkə pulumuz dəyişə, devalvasiyadan qurtaraq".

Emin Məmmədov — iş adamı: "Dollar günü-gündən güclənir. Manatın durumu çətin olacaq".

Xəbər lenti
0