CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram namazının vaxtı açıqlandı

© AFP 2023 / Sanjay KanojiaNamaz
Namaz - Sputnik Azərbaycan
Abunə olmaq
Bayram namazı Bakının Təzəpir məscidində saat 9:00-da, Əjdərbəy məscidində isə saat 8:00-da qılınacaq

BAKI, 5 iyul — Sputnik. Ramazan bayramının qeyd olunduğu Hicri-Qəməri Şəvval ayının 1-i Ayın ərazilərimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf edəcək. Bu barədə Sputnik-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Buna görə, bayram namazı iyulun 6-da qılınacaq. Bayram namazı Bakının Təzəpir məscidində saat 9:00-da, Əjdərbəy məscidində isə saat 8:00-da qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazına Təzəpir məscidində qatılacaq.

Qarşıdan gələn Bayramınız mübarək olsun!

Xəbər lenti
0