CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda saxta "Ramazan endirimləri" - ayıq olun!

© Sputnik / Fuad HasanovMağaza vitrini
Mağaza vitrini - Sputnik Azərbaycan
Abunə olmaq
Reklamçılar İttifaqının prezidenti: "Vitrinlərə vurulan endirimlər hamısı yalandır. Mağaza sahibləri bu cür fırıldaq üsullara əl ataraq müştəri cəlb etməyə çalışırlar"

BAKI, 30 iyun — Sputnik. Paytaxtın əksər mağazaları bu günlərdə "Ramazan endirimi" kampaniyasına start verib. Ancaq bu kampaniyalar sadəcə sözdədir. Apardığımız araşdırma bunu deməyə əsas verir.

İlk əvvəl onu qeyd edək ki, "endirim" yazıları daha çox geyim mağazalarında nəzərə çarpır. Elektronik mallar mağazalarında da bu cür reklamları görmək olur.

Sputnik əməkdaşı, paytaxtın insanların gur olduğu bir neçə ərazisinə baş çəkərək, kiçik bir araşdırma aparıb. Metronun "İnşaatçılar" və "Memar Əcəmi" stansiyalarının yan-yörəsindəki bütün mağazalarda, demək olar ki, endirimdir. Əlbəttə ki, sözdə…

"İnşaatçılar" metrostansiyası yaxınlığında, vitrinində "50% endirim" yazılan paltar mağazasına girdik. Qiymətlər kifayət qədər baha idi. Səbəbini satıcıdan soruşanda, endirimin yay geyimlərinə aid olmadığını, sərin havalar üçün nəzərdə tutulan paltarlara tətbiq edildiyini söylədi. Sonradan aydın oldu ki, mağaza rəhbərliyi, əllərində qalan yaz-payız geyimlərini maya dəyərinə satırlar ki, gələn ilə qalmasın.

İnsanlar isə kənardan baxanda endirimlərin bütün paltarlara aid olduğunu sanırlar. Real qiymətlərə gəlincə, yay üçün koftalar 30-45, şalvarlar 30-50 manat arası satılır.

Baş çəkdiyimiz digər geyim mağazası isə "Əcəmi" metrostansiyasının yanında yerləşir. Pəncərəyə vurulan dəbdəbəli endirim reklamını görüb bu mağazaya girməmək mümkün deyildi. Lakin gözlədiyimizin əksinə olaraq, burada da qiymətlər od tutub yanırdı.

Mağazadakı ən ucuz koftanın qiyməti 30 manatdan başlayır. Maraqlıdır, əgər ən ucuz koftanın qiyməti endirimlə 30 manatdırsa, bəs endirimsiz neçəyədir? Araşdırmamız göstərir ki, əksər mağazalar "endirim" kampaniyasından yararlanaraq müştəri cəlb etməyə çalışır.

Geyim-keçim mağazaları ilə yanaşı, elektron məhsullar satan dükanların vitrinlərində də "endirim" yazılanı çoxdur. Bunlardan biri "Əcəmi" metrosu yaxınlığındakı "Optimal" mağazasıdır. Vitrində 15%-dən 50%-dək endirim edildiyi yazılsa da, qiymətlər endirim olmayan başqa dükanlardan fərqlənmirdi. Qısası, oxşar vəziyyət demək olar, bütün mağazalara aiddir.

© Sputnik / Fuad HasanovPaytaxtın əksər mağazaları bu günlərdə "Ramazan endirimi" kampaniyasına start verib.
Paytaxtın əksər mağazaları bu günlərdə Ramazan endirimi kampaniyasına start verib - Sputnik Azərbaycan
1/4
Paytaxtın əksər mağazaları bu günlərdə "Ramazan endirimi" kampaniyasına start verib.
© Sputnik / Fuad Hasanov"Endirim" yazıları daha çox geyim mağazalarında nəzərə çarpır.
Endirim yazıları daha çox geyim mağazalarında nəzərə çarpır - Sputnik Azərbaycan
2/4
"Endirim" yazıları daha çox geyim mağazalarında nəzərə çarpır.
© Sputnik / Fuad HasanovElektrik mallar mağazalarında da bu cür reklamları görmək olur.
Elektrik mallar mağazalarında da bu cür reklamları görmək olur - Sputnik Azərbaycan
3/4
Elektrik mallar mağazalarında da bu cür reklamları görmək olur.
© Sputnik / Fuad Hasanov"Mağaza sahibləri bu cür fırıldaq üsullara əl ataraq müştəri cəlb etməyə çalışırlar"
Mağaza sahibləri bu cür fırıldaq üsullara əl ataraq müştəri cəlb etməyə çalışırlar - Sputnik Azərbaycan
4/4
"Mağaza sahibləri bu cür fırıldaq üsullara əl ataraq müştəri cəlb etməyə çalışırlar"
1/4
Paytaxtın əksər mağazaları bu günlərdə "Ramazan endirimi" kampaniyasına start verib.
2/4
"Endirim" yazıları daha çox geyim mağazalarında nəzərə çarpır.
3/4
Elektrik mallar mağazalarında da bu cür reklamları görmək olur.
4/4
"Mağaza sahibləri bu cür fırıldaq üsullara əl ataraq müştəri cəlb etməyə çalışırlar"

Mövzunu Sputnik-ə dəyərləndirən Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev, saxta reklamlara qarşı ciddi mübarizə apardıqlarını bildirdi: "Azərbaycana mal gələndə, onun üzərinə elə qiymət qoyurlar ki, 99% endirim eləsələr də, yerdə qalan 1% onlara bəs edir".

"Vitrinlərə vurulan endirimlər hamısı boş şeydir. Yalan danışırlar. Bir dəfə özüm şahidi olmuşdum. Avtobusun arxasına reklam vurulmuşdu və yazılmışdı ki, "yumurta qiymətinə kredit". Hesabladıq, gördük ki, kredit yumurtadan baha çıxır. Ona görə, həmin o şirkət cərimələndi", — H. Atakişiyev qeyd etdi.

O, saxta endirim kampaniyaları ilə mübarizə çərçivəsində tez-tez reydlər keçirdiklərini də dedi: "Və şahidi oluruq ki, vitrinlərə vurulan reklamlar heç də həmişə doğru deyil. Mağaza sahibləri bu cür fırıldaq üsullara əl ataraq müştəri cəlb etməyə çalışırlar. Halbuki qanunla bunun cəzası ağırdır. Böyük məbləğdə cərimələr nəzərdə tutulur. Dəfələrlə bir neçə dükan vətəndaşları aldatdığı üçün cəzalandırılıb. Çünki ortada yalan danışma, aldatma, istehlakçının hüquqlarını pozma faktoru var".

Xəbər lenti
0