CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu sənədlər olmadan ipoteka krediti ala bilməyəcəksiniz

© Photo : GETTY IMAGESİpoteka krediti
İpoteka krediti - Sputnik Azərbaycan
Abunə olmaq
Qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir

BAKI, 23 iyun — Sputnik. İpoteka kreditinin verilməsi proseduru açıqlanıb. İpoteka kreditinin verilməsi "Elektron hökumət" portalında olan "Elektron ipoteka" sistemi (elektron sistem) vasitəsilə həyata keçirilir.

İpoteka krediti. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni ipoteka şərtləri açıqlandı

İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.

Sputnik xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda əksini tapıb.

İpoteka krediti aşağıdakı sənədlər əsasında verilir:
Şəxsin şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti; nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti; şəxsin yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti; şəxsin iş yerini və gəlirlərini təsdiq edən sənədlər; şəxs fərdi sahibkar olduqda: sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti; vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi; şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).

Müvəkkil bank elektron sistem vasitəsilə əldə olunan sənədlər və həmin sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı üçün şəxsin təqdim etdiyi sənədlər əsasında 3 iş günü müddətində ipoteka krediti almaq istəyən şəxsə ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir.

İpoteka krediti almaq istəyən şəxs, müvəkkil bank tərəfindən kreditin verilməsinə dair ilkin razılıq qərarı elektron sistemdə yerləşdirildiyi gündən 45 gün müddətində ipoteka krediti hesabına almaq istədiyi yaşayış sahəsini müəyyənləşdirməklə, müvəkkil edilmiş istənilən qiymətləndirici tərəfindən həmin yaşayış sahəsinin qiymətləndirilməsini aparmalıdır. Qiymətləndirici ipoteka krediti almaq istəyən şəxsin müraciət etdiyi gündən 3 iş günü müddətində qiymətləndirməni apararaq, qiymətləndirmə aktını müraciət edən şəxsə təqdim etməli və elektron sistemdə yerləşdirməlidir.

Qiymətləndirmə aktı elektron sistemdə yerləşdirildikdən sonra müvəkkil bank 5 iş günü müddətində kreditin verilməsinə dair qərar (razılıq və ya əsaslandırılmış imtina) qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir.

kredit - Sputnik Azərbaycan
CƏMİYYƏT
Banklar manatla kredit verilməsini bərpa etdi

Müvəkkil bank tərəfindən ipoteka kreditinin verilməsinə razılıq barədə qərar elektron sistemdə yerləşdirildiyi gündən 10 iş günü müddətində ipoteka kreditinin rəsmiləşdirilməsi və kreditin verilməsi həyata keçirilir. İpoteka kreditinin verilməsindən imtina edilmiş şəxsin ipoteka krediti almaq üçün təkrar müraciət etmək hüququ var.

"Elektron hökumət" portalında olan "Elektron ipoteka" sistemi fəaliyyətə başlayanadək ipoteka krediti almaq istəyən şəxs "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətin rəsmi internet səhifəsi vasitəsilə və ya birbaşa müvəkkil banka gəlməklə ipoteka kreditinin verilməsi üçün müraciət edə bilər.

Cəmiyyətin Müşahidə Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.

Xəbər lenti
0