CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yaralı halda əlində qumbara tutubmuş ki, əgər əsir düşərsə..."

© Sputnik / Irade CelılMilli Qəhrəman Samid İmanov
Milli Qəhrəman Samid İmanov - Sputnik Azərbaycan
Abunə olmaq
Ailəsi onun sonuncu dəfə aprelin 1-i saat 16.45-də danışır. Sonra ona yazılan mesajlar cavabsız qalır. Ayın 8-i səhər isə bir xəbər hər kəsi sarsıdır.

İradə CƏLİL, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. Aprelin 2-5 tarixlərində Azərbaycan Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində düşmən təxribatlarının qarşısının alınmasında böyük şücaət göstərib. Əvvəlcə onu qeyd edək ki, cəbhənin Goranboy, Ağdərə, Tərtər və Füzuli istiqamətində həyata keçirilən əks-hücum əməliyyatları zamanı bütün hərbçilər üzərilərinə düşən döyüş tapşırığını layiqincə yerinə yetirdilər. Düşmənin əsas qüvvələri məhv edildi və gələcək əməliyyatların taleyini həll edəcək mövqelər geri qaytarıldı.

Müharibənin qanunlarına uyğun olaraq, itkilərimiz də oldu. Amma düşmənin də etiraf etdiyi kimi, Azərbaycan Ordusu qarşısına qoyulan döyüş tapşırığını yerinə yetirdi və sınaqdan üzüağ çıxa bildi.

Elnarə Tağıyeva - Sputnik Azərbaycan
FOTO
Bu evdə 271 şəhid yaşayır

Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov həmin döyüşlərdə qəhrəmancasına döyüşərək, şəhid olan hərbçilərimizdən biridir. Onun doğulub, boya-başa çatdığı və dəfn olunduğu Neftçala rayonunun Həsənabad qəsəbəsinə üz tutduq. Şəhidin böyüdüyü evi tapmaq o qədər də çətin olmadı. Çünki üzərində Azərbaycan Bayrağının dalğalandığı evin fərqinə varmamaq mümkün deyil.

Şəhid zabitimizin ibrətamiz həyat tarixçəsi

Məni qapıda şəhidin anası Xuraman xanım qarşıladı. Çağırılmamış, xəbər etmədən gəlişimdən bir az çaşqın kimiydi. Salamlaşdıq. Sonra şəhidin atası, qardaşı, bacıları, həyat yoldaşı, uşaqları da gəldilər.

Mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftçala rayonunun Sovetabad (Həsənabad) qəsəbəsində dünyaya göz acıb. 1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbi bitirib. Həmin il Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə başa vurub.

Türkiyə Cümhuriyyətində "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Kommando təlimi və paraşütdən sərbəst atlayış" kurslarında, habelə "Anadolu-2007″, "Anadolu Qartalı —2007" birgə taktiki təlimlərində, Pakistanda "Ləpirçi" və "Antiterror" kurslarında, İsveç krallığında "Dağ təlimi" kursunda, Rumıniya Respublikasında dağa dırmanma üzrə təlimatçı kursunda iştirak edib.

© Sputnik / Irade CelılMilli Qəhrəman Samid İmanovun məzarı.
Milli Qəhrəman Samid İmanovun məzarı - Sputnik Azərbaycan
1/10
Milli Qəhrəman Samid İmanovun məzarı.
© Sputnik / Irade CelılSamidin qızı Fidan.
Samidin qızı Fidan - Sputnik Azərbaycan
2/10
Samidin qızı Fidan.
© Sputnik / Irade Celılİndi ondan ailəsinə xatirə qalan bu şəkillərdir.
İndi ondan ailəsinə xatirə qalan bu şəkillərdir - Sputnik Azərbaycan
3/10
İndi ondan ailəsinə xatirə qalan bu şəkillərdir.
© Sputnik / Irade CelılAnası deyir ki, Samid geri qayıtmayacağını hiss edirmiş.
Anası deyir ki, Samid geri qayıtmayacağını hiss edirmiş - Sputnik Azərbaycan
4/10
Anası deyir ki, Samid geri qayıtmayacağını hiss edirmiş.
© Sputnik / Irade CelılSamidin qızı Fidan yeni dil açmağa başlayıb; atasının məzarını öpəndə "atanı öpdüm" deyə sevincək qışqırır.
Samidin qızı Fidan yeni dil açmağa başlayıb; atasının məzarını öpəndə atanı öpdüm deyə sevincək qışqırır. - Sputnik Azərbaycan
5/10
Samidin qızı Fidan yeni dil açmağa başlayıb; atasının məzarını öpəndə "atanı öpdüm" deyə sevincək qışqırır.
© Sputnik / Irade CelılŞəhidin qardaşı Sadiq İmanov danışır ki, Samidin elə uşaq yaşlarından hərbi xidmətə böyük həvəsi olub.
Şəhidin qardaşı Sadiq İmanov danışır ki, Samidin elə uşaq yaşlarından hərbi xidmətə böyük həvəsi olub - Sputnik Azərbaycan
6/10
Şəhidin qardaşı Sadiq İmanov danışır ki, Samidin elə uşaq yaşlarından hərbi xidmətə böyük həvəsi olub.
© Sputnik / Irade CelılHeydər Əliyev o vaxtkı müdafiə nazirinə əli ilə Samidi işarə verərək "Hərbçi belə olar" demişdi.
Heydər Əliyev o vaxtkı müdafiə nazirinə əli ilə Samidi işarə verərək Hərbçi belə olar demişdi - Sputnik Azərbaycan
7/10
Heydər Əliyev o vaxtkı müdafiə nazirinə əli ilə Samidi işarə verərək "Hərbçi belə olar" demişdi.
© Sputnik / Irade CelılŞəhid atası Gülağa İmanov.
Şəhid atası Gülağa İmanov - Sputnik Azərbaycan
8/10
Şəhid atası Gülağa İmanov.
© Sputnik / Irade CelılSamid oğlunun dünyaya gəlişinə xüsusilə sevinmişdi.
Samid oğlunun dünyaya gəlişinə xüsusilə sevinmişdi - Sputnik Azərbaycan
9/10
Samid oğlunun dünyaya gəlişinə xüsusilə sevinmişdi.
© Sputnik / Irade CelılSamid İmanov ailəsi şəhidin məzarı başında.
Samid İmanov ailəsi şəhidin məzarı başında - Sputnik Azərbaycan
10/10
Samid İmanov ailəsi şəhidin məzarı başında.
1/10
Milli Qəhrəman Samid İmanovun məzarı.
2/10
Samidin qızı Fidan.
3/10
İndi ondan ailəsinə xatirə qalan bu şəkillərdir.
4/10
Anası deyir ki, Samid geri qayıtmayacağını hiss edirmiş.
5/10
Samidin qızı Fidan yeni dil açmağa başlayıb; atasının məzarını öpəndə "atanı öpdüm" deyə sevincək qışqırır.
6/10
Şəhidin qardaşı Sadiq İmanov danışır ki, Samidin elə uşaq yaşlarından hərbi xidmətə böyük həvəsi olub.
7/10
Heydər Əliyev o vaxtkı müdafiə nazirinə əli ilə Samidi işarə verərək "Hərbçi belə olar" demişdi.
8/10
Şəhid atası Gülağa İmanov.
9/10
Samid oğlunun dünyaya gəlişinə xüsusilə sevinmişdi.
10/10
Samid İmanov ailəsi şəhidin məzarı başında.

2004-cü ilin iyun ayından Xüsusi Təyinatlı hərbi hissədə qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində xidmət edib. Xidməti müddətində 6 medalla təltif olunan azsayda hərbçilərdən biri olub. Şəhid olmamışdan öncə Baş Qərargahın Akademiyasında son kursda təhsil alırdı.

"Kursa getdiyini deyirdi, sən demə kəşfiyyata gedirmiş"

Milli Qəhrəmanın qardaşı Sadiq İmanov danışır ki, Samidin elə uşaq yaşlarından hərbi xidmətə böyük həvəsi olub. Bu həvəs 17 yaşlı yeniyetmə Samidi Neftçaladan Bakıya gətirir və burada hərbi təhsil almağa başlayır. Mayor rütbəsinə qədər ucala bilir.

"Çox sakit, mehriban biri idi. Onu asanlıqla hirsləndirmək olmazdı. Və bir də hərbi sirri canı bahasına olsa belə, saxlayırdı. Bizim onun harada olduğundan, hara getdiyindən xəbərimiz olmazdı. Səhər saat 6-da işə gedib, axşam evinə gələrdi. Qalan çox az zamanını uşaqlarına sərf edərdi. Ayda bir dəfə 10 günlük kursa getdiyini deyərdi. Sonradan bildik ki, bu "kurs" dediyi kəşfiyyat imiş", — Sadiq danışır.

Ailəsi Samidlə sonuncu dəfə aprelin 1-i saat 16.45-də danışır. Sonra ona yazılan mesajlar cavabsız qalır. Ayın 8-i səhər isə ailəsi Samidin şəhid olma xəbəri ilə sarsılır.

Qardaşı: "Samidin haqqında danışdıqca danışa bilərəm. O, hər kəsin yerini bilən biri idi. 5 yaş fərqimiz olsa da, o, heç vaxt "mən böyüyəm, mənim sözüm keçməlidir" deməzdi. Mən də fikirlərimi deyə bilirdim. Bir-birimizi başa düşə bilirdik".

"Məni hamı ziyarət edəcək…"

Sadiq deyir ki, nə olursa-olsun, Samidin yerini heç kim vermir: "Həmişə qəbiristanlığa ziyarətə gedəndə deyirdi ki, "məni də burada basdıracaqlar. Formada olacağam. Hündürboy. Hamı gəlib məni ziyarət edəcək". Biz qoymurduq, elə danışsın, amma hər dəfə gələndə bu sözləri deyirdi. Bəzən düşünürəm ki, o, bunu hiss edirdi, ya da hərbçi olduğu üçün şəhid ola biləcəyini də göz önünə çoxdan almışdı. Samid hər şeyi gizlin saxlayan adam idi. Sonuncu dəfə martın 28-də getdi. Təlimə getdiyini, 5-6 günə qayıdacağını dedi, amma qayıtmadı".

Kamran Şirəliyev əsgər yoldaşı ilə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəhid anasının son arzusu: "Bircə biləydim..."

Sadiq şəhid qardaşının necə həssas bir insan olduğunu belə anladır: "Samid həftəsonu gələrdi şəhərə. Gələmişdən qabaq nə lazım olurdusa, yazırdı ki, ona alım. Bir dəfə yenə mənə zəng edib, lakin telefonum səssiz rejimdə olduğundan görməmişdim. Dostlarımla birlikdəydim deyə, telefonu səssiz rejimə qoymuşdum. Telefonum çox köhnəydi, dostlarımın yanında cibimdən çıxarmağa utanırdım. Həmin gün dostlardan ayrılanda telefona baxdım, 5 zəng gəlmişdi Samiddən. Geri yığdım. "Telefonu niyə açmırdın?" — deyə soruşdu. Dedim ki, dostlarımla birlikdəydim, səssiz rejimə qoymuşdum. "Telefonuna görə səssizə qoymusan?" — deyə soruşdu. "Yox" dedim. Ancaq o hər şeyi anlayıbmış. Aradan bir həftə keçdi, gəldi və mənə yeni telefon aldı. Mən ona heç nəyi açıq deməsəm də, məni başa düşürdü. Çox gözəl insan idi".

"Samiddən heç doymadım"

Göz yaşlarına boğulan ana söhbətə qoşulur: "Doyunca danışmadım, doyunca sığallamadım, doyunca oxşamadım. 17 yaşından oxumağa getdi, ucaldıqca ucaldı. Bu il fevralın 12-də övladı dünyaya gəlmişdi. Mən də gəlinə kömək eləmək üçün Bakıya gəldim. İki ay balamı səhər yola salıb, axşam qarşıladım. Mən onun üzünü bu iki ayda gördüm. Sonuncu dəfə martın 28-də görüşüb ayrıldıq. Hər gün getdiyi kimi getdi. 11 gün xəbər ala bilmədik. Hamı bilirmiş, amma bizdən gizlədirmişlər. Ayın 8-də xəbər verdilər bizə. Dedilər ki, "Samid hospitaldadır, gedək Həsənabada". Düşündüm ki, Samid yaralıdırsa, hospitala gedərdik, Həsənabada niyə gedirik? Gəldim, gördüm, hər yer doludur adamla. Sanki qollarım qırıldı, sanki həyat dayandı. Əlimdən heç nə gəlmirdi. Dedim, "gətirin, üzünü görüm", gətirmədilər. Gecəni məsciddə saxladılar. Səhər yenə həmin adamlar və Samidin cənazəsi…".

"Ana, 6 il uşaqlarımla qalarsan…"

Anası deyir ki, Samid geri qayıtmayacağını hiss edirmiş: "Mənə deyirdi ki, ana, uşaqların yanında 6 il qalarsan. Dedim, "ay bala, niyə 6 il?". Dedi, "yaxşı, 6 ay qalarsan". Sonra qızı Fidanı qucağına aldı, başını da qoydu mənim qucağıma. Qızına "Bu, mənim anamdır" dedi. O qədər oxşadım ki… saçlarını, boynunu, əllərini. Öpüb, oxşayırdım. Çox yorğun idi. Heç rahatlığı yox idi. İki aylıq körpəsini heç doyunca qucağına almamışdı. Yoldaşlarına da deyirmiş ki, "qızımla şəklim var, oğlumla heç yoxdur"".

Samidin oğlunun doğulması onu daha çox sevindirir. Anasından xahiş edir ki, Novruz bayramını da onların evində keçirsin: "Dedi, ana, atam da gəlsin, bayramı bir yerdə keçirək. 8 martı onun evində keçirdim, martın 10-u ad günüm idi, onunla keçirdim, Novruzu da onunla keçirdim. Sanki ürəyinə dammışdı".

Samid işini o qədər sevən hərbçi olub ki, 2013-cü il iyunun 16-da toyu olub və toyunun səhərisi günü işə çıxıb. Ailəsinə deyirmiş ki, "bizim işdə icazə yoxdur".

Anasının sözlərinə görə, hətta axır çərşənbə günü də Samid evinə gəlmirmiş: "Həmin günlər növbədə olurdu. Dedim, "ay bala, yerinə birini qoy, sən qərargah rəisisən, çərşənbəni ailənlə keçir". Cavabı isə belə oldu: "Yerimə qoyacağım adamın ailəsi yoxdur ki?"".

"Oğluma Milli Qəhrəman adı verilməsi bizim yaramıza, az da olsa, məlhəm oldu. İndi başa düşürəm ki, onun zəhməti yerdə qalmadı", — Xuraman xanım göz yaşları içində deyir.

"Onun bu arzusu ürəyində qaldı"

Atası Gülağa İmanov deyir ki, Samidin oğlu dünyaya gələndə xüsusilə sevinib: "Bu, o demək deyildi ki, qızının doğulmasına sevinməmişdi. Hərbçilər arasında adət imiş ki, kimin oğlu varsa, bayramlarda gətirirmiş hərbi hissəyə. Samid də bunu arzulayırdı. Amma qismət olmadı. Anası onlarda qaldığı üçün, mən tək qalırdım evdə. Deyirdim, "Ay bala, sənin oğlunun qırxı çıxdı, bəs biz?" Deyirdi, "narahat olma, az qalıb"".

"Mənim üçün onsuz həyat yoxdur"

Samid öz dayısı qızı ilə ailə həyatı qurub. Anasına "məni ancaq qohum anlar" deyirmiş. Həyat yoldaşı Badam İmanovanın sözlərinə görə, Samidi, ailə həyatı qurduqdan sonra daha yaxından tanımağa başlayıb: "Təmkinli, sakit, ucadan danışmağı sevməyən bir insan idi. Hər şeyə qulaq asar, qısaca cavab verərdi. Çox qayğıkeş insan idi. Onun qayğıkeşliyini uşaqlar doğulandan sonra daha çox görməyə başladım. Mən onun üzünü görmürdüm. Çox gileylənirdim ki, "mən sənin üzünü nə zaman görəcəyəm?". Deyirdi ki, "qocalanda". Mənim üçün onsuz həyatın mənası yoxdur. Sanki aprel ayında mənim üçün həyat dayandı. Səbrsizlikə gözləyirdim ki, təqaüdə çıxsın, bizə zaman ayırsın. Bəzən onun qocalığını gözümün önünə gətirirdim ki, görəsən, Samid qocalanda necə olacaq? O, oğlumuzu cəmi iki dəfə qucağına aldı. Çünki evə gec gəlirdi. Atasının Turanla heç bir şəkli də yoxdur".

Şəhid Cabbarxan Hacıyev - Sputnik Azərbaycan
Anasına şəhid olacağını dedi və sözünü tutdu...

"Bəzən düşünürəm, Turan "Niyə atamla şəklim yoxdur?" deyəndə nə cavab verəcəyəm… Samidin ölüm xəbərini eşidəndə bir anlıq hər şey gözümün önündən keçməyə başladı. Düşündüm, görəsən, Samidsiz həyat necə olacaq? Sonuncu dəfə aprelin 1-də uşaqların şəklini istədi, göndərdim", — B. İmanova danışır.

"Həmişə deyirdi ki, həyat çox qısadır"

Şəhidin bacısı Gülbəniz Sadıqova da göz yaşları ilə söhbətə qoşulur: "Samidin dünya malında göz yox idi. Hər zaman deyirdi ki, həyat çox qısadır. Aprelin 1-dən sonra xəbərini ala bilmədik. Narahat olmağa başlamışdım. Badamdan xəbər soruşurdum. Deyirdi ki, "Samidin dostlarının arvadları ilə danışıram, deyirlər, Samid də yaxşıdır. Amma mən inanmırdım. Samid sağ olsaydı, yoldaşı ilə danışardı. Badamdan Samidin hərbçi yoldaşlarından birinin həyat yoldaşının nömrəsini aldım və danışdım. "Gözlə, komandirin yoldaşı ilə danışım, görüm nə xəbər var?" dedi. Sonra yenidən danışdıq. Dedi, "harada qalırsan, gəlmək istəyirəm". Əsəbləşib qışqırdım, dedi, "hospitaldadır, gedin, axtarın"".

"Mən xalam qızını da götürüb, taksi tutub, ağlaya-ağlaya hospitala qaçdım. Hospitalda heç bir siyahıda Samidin adı yox idi. Məni başa saldılar ki, ölənləri hospitala gətirmirlər, yaralıların içində isə Samidin adı yox idi. Samid yox idi. Hər yerə xəbər salmışdıq, yox idi… Qurban demişdim, qolu-qıçı olmasın, amma nəfəsi gəlsin. O uşaq gün görməmişdi. Ayağı hərbçi çəkməsindən çıxmamışdı", — deyir bacısı.

"Yaralanan vaxt əlində qumbara tutub ki, əsir düşməsin"

Gülbəniz xanım danışır ki, martın 31-də Samidi yuxuda görəndən sonra narahat olmağa başlayır: "Yuxuda görmüşdüm ki, Samidin evinin qapı-pəncərəsi yanıb. Ev su içindədir. Mesaj yazdım, cavab yazdı. Ürəyim rahat oldu ki, salamatdır. Bizə icazə vermirdi zəng etməyə, deyirdi, "vacib nəsə olmayınca zəng etməyin, zəng edəndə ikinci çağırışdan sonra gözləyin, özüm zəng edəcəyəm". Elə də edirdi. Mən Samidi öz balamdan çox sevirdim. Onu hamı sevirdi, amma səbəbini bilmirdik. Bəlkə də qısa yaşayacağı üçün".

Gülbəniz xanım deyir ki, Samidin döyüşlərdə iştirakından heç kəsin xəbəri olmurmuş: "Onu axtaran zaman, əvvəlcə papağını tapıblar, sonra özünü. Üzü ermənilərə tərəf üzü üstə uzanmış halda. Deyirlər, əlində qumbara da olub ki, əsir düşməsin. İki ayağından qəlpə yarası alıb, qan itirmədən dünyasını dəyişib".

Həsənabadda orta məktəbə Samidin adının verilməsi üçün müraciət edilib. Yaxın günlərdə məktəbə şəhidin adının veriləcəyi gözlənilir. Amma ailəsi Samidin ev-muzeyinin açılmasını da arzulayır.

Bacısı deyir: "Məktəblilər gəlir evə, şeir deyirlər. Samidin şəkillərinə baxıb gedirlər. Amma Samidin şəkilləri, əşyaları, medalları var ki, onlar üçün bir otağa ehtiyac var. Çox istərdik ki, onun üçün bir yer ayırsınlar".

Şəhidin yeni dil açan qızı: "Atanı öpdüm"

Sonra Milli Qəhrəmanın ailəsi ilə şəhidin məzarı üzərinə getdik. Şəhidin məzarı başında Azərbaycan bayrağı dalğalanırdı.

Samidin qızı Fidan yeni dil açmağa başlayıb. Atasının məzarını öpəndə "atanı öpdüm" deyə sevincək qışqırır. Məzarın başına dolanır, əli ilə silir, məzarın üzərində olan şamları yan-yana yığıb məzardan boylanan şəklə baxıb gülümsünürdü.

Şəhidin həyat yoldaşı isə pıçıldayırdı: "Hər şey səninlə getdi, kaş ki, sağ olaydın…".

Qeyd: Ağdərə istiqamətində, Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olan mayor Samid İmanov prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman (ölümündən sonra) adına layiq görülüb. Allah rəhmət eləsin!

Yazı Azərbaycan Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Xəbər lenti
0