Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Yol terroru"nun məsuliyyətini kim daşıyır?

© Photo : APAYol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli
Yol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dəhşətli faciələrin qurbanlarının sayı günü-gündən artır. Bu qədər insanın həyatının baiskarı haqda cəmiyyətin düşüncələri...

BAKI, 3 iyun — Sputnik. Paytaxtda və bölgələrdə baş verən avtoqəzalar, az qala cəmiyyət üçün adi hala çevirilib. Bu dəhşətli faciələrin qurbanlarının sayı günü-gündən artır.

Bu cür halların artmasının, insanlarımızın bir heç uğuruna qurban getməsinin əsas günahkarı kim və ya kimlərdir? Sputnik-in əməkdaşı bu mövzuda sosial şəbəkə istifadəçilərinin fikirlərini öyrənib.

Mikroavtobus qəzası - Sputnik Azərbaycan
HADİSƏ
Xızıda baş verən qəzada ölənlərin sayı 3 nəfərə çatdı

Rumiyyə Miraslan — jurnalist: "Səbəbkar sürücülük vəsiqəsini satanlardır. Daha da sonra sürücülər. Heç görmüşünüz, asta sürən, normal sürən, ağlı başında olan adam qəza törədə?!".

Aygün Akifqızı — həkim: "Sürə bilən də maşını idarə edir, sürə bilməyən də. İndi yaxşı sürənlər artıq sürməyə qorxurlar. Çünki sürücülük vəsiqələrini pulla alır əksəriyyət və 7 dəfə sürücülük təliminə getdisə, artıq özünü peşəkar hiss edir. Mənim atam mayor olsa da, mən sürücülük vəsiqəsini özüm oxuyub almışam. Hələ də mənimlə yola çıxanda bütün nişanları soruşur. Hətta öz qanunlarımızı da öyrədir. Bir sözlə, dəmirlə oyun olmaz".

Valeh Arifoğlu — gənc fəal: "Günahkar təcrübəsiz sürücülərdir, çünki hər kəs — sürə bilən də, bilməyən də maşın sürür. Sonra da qəza vəziyyəti yaradır, yaxud qəza şəraitindən çıxa bilmir və nəticədə qəza olur. Bir də bəzi avtobus sürücülərinin yarışa çıxması böyük faciələrə səbəb olur".

Vaqif Huseynov — marketoloq: "Avtoqəzalarda bir nömrəli günah subyekti — yorğunluqdur".

Gəncə şəhərində sərxoş vəziyyətdə idarəetmə qəzayla nəticələnib - Sputnik Azərbaycan
HADİSƏ
Qaraçılar dəhşətli qəza törətdilər

Emil Bayramov — menecer: "Telefon danışıqları, avtobus sürücülərinin birbaşa və dolayı yolla məsuliyyətsizliyi. Demək olar ki, 80% avtobus sürücüləri eyni qaydaları pozur. Bəzən piyadaların məsuliyyətsizliyi də fəlakətə səbəb olur. Və ən əsas səbəblərdən biri — yollarda lazım olmayan yerlərdə avtomobillərin park edilməsi, digər sürücülərin yolunu kəsməsi, tıxac yaratmasıdır. Çünki tıxacdan çıxan əsəbi sürücü maşını səbirsiz idarə edir, bununla da qəzalar baş verir".

Hikmət Yusifov — operator: "Əsas günahkar Nəqliyyat Nazirliyidir. Avtobus sürücülərindən qanuni və qeyri-qanuni o qədər pul yığılır ki, onlar da planı doldurmaq, evinə çörəkpulu aparmaq üçün yarışa girirlər, vaxt itirməmək üçün ötəşirlər, işıqforun qırmızı işığında keçirlər, yüksək sürətlə sürmək məcburiyyətində qalırlar. Avtobus sürücüsünün telefonla danışmasının da günahkarı Nəqliyyat Nazirliyidir, ona görə ki, sürücülər bir-birinin vaxtına girməmək üçün bir-birləri ilə danışırlar və bu da sürücünün fikrinin yayınmasına və qəzanın baş verməsinə səbəb olur".

Bahadur Azadi — tələbə: "Bu problemin kökündə 800 manata satılan sürücülük vəsiqələri dayanır".

Xəbər lenti
0