CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bir gündə 50 milyon dollar satıldı

© Sputnik / Murad OrujovDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Neft Fondunun bu gün keçirdiyi hərracda 20 milyon ABŞ dolları məbləğində vəsait 11 banka və 30 milyon ABŞ dolları məbləğində vəsait Mərkəzi Banka satılıb

BAKI, 26 may — Sputnik. Bu gün Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. ARDNF-in mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, bu vəsaitdən 20 milyon ABŞ dolları məbləğində vəsait 11 banka və 30 milyon ABŞ dolları məbləğində vəsait isə Mərkəzi Banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Xəbər lenti
0