CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd rayonun polis rəisi dəyişdirilib

© Photo : AR DİN mətbuat xidmətiDaxili işlər naziri Ramil Usubov
Daxili işlər naziri Ramil Usubov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda 4 rayonun polis rəisi dəyişdirilib.

BAKI, 14 may — Sputnik. Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Nazirin imzaladığı əmrlə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Zaqatala RPŞ-nin rəisi, Zaqatala RPŞ-nin rəisi Arif Babayev tutduğu vəzifədən azad edilərək Yardımlı RPŞ-nin rəisi, Yardımlı RPŞ-nin rəisi Nadir Məmmədov tutduğu vəzifədən azad edilərək Qəbələ RPŞ-nin rəisi, Qəbələ RPŞ-nin rəisi Ehtibar Abduyev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.

Daxili İşlər Nazirliyindən APA-ya təyinatları təsdiqləyiblər.

Xəbər lenti
0