CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda vətənpərvərlik tərbiyəsi

© Sputnik / Rahim Zakiroğlu“Vətənpərvərlik tərbiyəsi: sağlam ailə, sağlam həyat” mövzusunda konfrans
“Vətənpərvərlik tərbiyəsi: sağlam ailə, sağlam həyat” mövzusunda konfrans - Sputnik Azərbaycan
Abunə olmaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Vətənpərvərlik tərbiyəsi: sağlam ailə, sağlam həyat" mövzusunda konfrans keçirilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. Bu gün Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Vətənpərvərlik tərbiyəsi: sağlam ailə, sağlam həyat" mövzusunda konfrans keçirilib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, konfransı giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Aydın Məmmədov "Gənclərin vətənpərvər ruhda tərbiyəsində Azərbaycançılıq məfkurəsi " mövzusunda geniş çıxış edib.

BMT - Sputnik Azərbaycan
BMT iqlim konfransı başladı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxış edərək "Azərbaycançılıq amili və milli mənəvi dəyərlərimiz" mövzusu haqqında konfrans iştirakçılarına məlumat verib. Sonra DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi İzzət Əsgərov "Narkomaniyanın zərərləri və müabrizə yolları" mövzusunda çıxış edərək narkomaniyanın fəsadları barədə geniş məlumat verib.

Daha sonra Lənkəran Dövlət Universitetinin pedaqoqika və psixologiya kafedrasının müdiri Afiq Əliyev "Gəncləri zərərli vərdişlərdən uzaq edək", AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı, Lənkəran rayonu Ləj kənd məscidinin axundu —İlahiyyatçı Samid Quliyev "İslamda vətən sevgisi, sağlam həyat və sağlam ailə", Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Taleh Məmmədli "Erkən nikah və onun fəsadları" mövzularında geniş məruzə ilə çıxış edərək konfrans iştirakçılarını məlumatlandırıblar.

Xəbər lenti
0