CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının məşhur hotelləri "zəbt olunub"

© Photo : CC Public DomainHotel nömrəsi. Arxiv şəkli
Hotel nömrəsi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərin mərkəzində yerləşən hotellərdə, demək olar ki, iyul ayına qədər boş otaq tapmaq imkansızdır. Çünki paytaxt hotellərində bütün nömrələr artıq bir neçə ay əvvəldən tutulub.

BAKI, 22 apr — Sputnik. Formula 1 üzrə Avropa Qran Prisinin başlamasına iki aydan da az müddət qalıb. Rəsmi olmayan açıqlamaya görə, yarışmanı izləmək üçün Bakıya 12 minə yaxın əcnəbi turist gələcək.

Bəs paytaxtda yerləşən hotellər xarici qonaqları qarşılamağa necə hazırlaşıb? Ümumiyyətlə hotellərdə boş yerlər qalıbmı? Qiymətlər və təkliflər necədir? Bu suallara cavab tapmaq üçün Sputnik-in əməkdaşı bir neçə məşhur hotelə baş çəkib.

Şəhərin mərkəzində yerləşən hotellərdə demək olar ki, iyul ayına qədər boş otaq tapmaq imkansızdır. Çünki paytaxt hotellərində bütün nömrələr artıq bir neçə ay əvvəldən tutulub və ümumilikdə hotel nömrələrinin 80 faizi "zəbt edilib".

© Sputnik / Fuad HasanovJW Marriott Absheron
JW Marriott Absheron - Sputnik Azərbaycan
JW Marriott Absheron

Məsələn, Bakıda ən iri hotel kimi tanınan "JW Marriott Absheron" hotelində yarışın keçiriləcəyi 17-19 iyun tarixlərində bütün nömrələr rezerv edilib. Həmin tarixdə 2 nəfərlik otağın qiyməti 631 manatdır. Bu hoteldə iyunun 26-dan tez otaq tapmaq mümkün deyil.

© Photo : STRFour Seasons
Four Seasons - Sputnik Azərbaycan
Four Seasons

"Azneft" meydanında yerləşən "Four Seasons" hotelində də bütün nömrələr tutulub. Həmin hotel üçün ən yaxın tarix iyunun 25-dən başlayır və qiymət 1109 manatdır.

© Sputnik / Fuad HasanovHilton Baku
Hilton Baku - Sputnik Azərbaycan
Hilton Baku

Azadlıq meydanı ərazisindəki "Hilton" hotelində də yarışma günləri üçün boş yer yoxdur. İyun ayının 22-dən etibarən bu hoteldə nömrə sifariş etmək olar. İki gecənin qiyməti 695 AZN-dir.

© Photo : Ambassador Hotel, BakuAmbassador Hotel Baku
Ambassador Hotel Baku - Sputnik Azərbaycan
Ambassador Hotel Baku

Mərkəzdən biraz aralı, akademik Həsən Əliyev küçəsində yerləşən "Ambassador Hotel" də artıq dolub. Yarışmanın keçiriləcəyi tarixdə həmin hoteldə boş nömrə yoxdur. Bu hoteldə 1 gecənin qiyməti 2 nəfər üçün 600 manatdır.

© Sputnik / Fuad HasanovPark Inn
Park Inn - Sputnik Azərbaycan
Park Inn

Digər məşhur hotellərdən "Park Inn" və "Fairmont Baku"da da yarışların olacağı tarixdə boş otaq qalmayıb. Nömrə sifariş eləmək üçün ən yaxın tarix iyunun 22-dir. Bu hotellərdə 2 gecənin qiyməti — "Fairmont Baku" üçün 585 manat, "Park İnn" üçün isə 384 AZN-dir.

© Photo : AG TravelRamada Baku Hotel
Ramada Baku Hotel - Sputnik Azərbaycan
Ramada Baku Hotel

Paytaxtdan kənarda yerləşən hotellərdə də sıxlıq müşahidə olunur. "Ramada Baku Hotel"də rezervasiya üçün ən yaxın tarix 15 iyundan başlayır və qiymət 500 manatdır.

© Photo : Tripadvisor"Anatolia Hotel Baku"nun nömrələrindən biri
Anatolia Hotel Bakunun nömrələrindən biri - Sputnik Azərbaycan
"Anatolia Hotel Baku"nun nömrələrindən biri

Gənclik metrosu yaxınlığındakı "Anatolia Hotel"də yarış günləri üçün yer qalmayıb. Bu hoteldə iki nəfərlik otağın qiyməti 360 AZN-dir.

Apardığımız araşdırmalar göstərir ki, paytaxt hotelləri ümumilikdə əcnəbi qonaqları qarşılamaq üçün tam hazırdır. Təmizlik və xidmət səviyyəsi bunu deməyə imkan verir.

Xəbər lenti
0