CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi rayonların qaz təchizatında məhdudiyyət olacaq

© Photo : MPСтроительство газопровода. Архивное фото
Строительство газопровода. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Şəmkirin Seyfəli, Göygölün Nadel, Almədətli və Quşqara, Balakənin Katex və Beretbinə, Saatlının Qarayevkənd və Fətəlikənd, Sabirabadın Şəhriyar və Xəlfəli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

BAKI, 12 apr — Sputnik. Aprelin 13-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Yeni Suraxanı", Astara magistral qaz kəmərləri sahəsinin "Qaratəpə", Ağdam magistral qaz kəmərləri sahəsinin "Tərtər", saat 11:00-dan 16:00-dək isə Ağdaş magistral qaz kəmərləri sahəsinin "Katex", Qazax magistral qaz kəmərləri sahəsinin "Alabaşlı" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Sputnik SOCAR-ın saytına istinadən məlumat verir ki, təmir müddətində Şəmkir rayonunun Seyfəli, Göygöl rayonunun Nadel, Almədətli və Quşqara, Balakən rayonunun Katex və Beretbinə, Saatlı rayonunun Qarayevkənd və Fətəlikənd, Sabirabad rayonunun Şəhriyar və Xəlfəli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Suraxanı rayonunun Suraxanı və Bülbülə qəsəbələrinin, eləcə də Tərtər rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Xəbər lenti
0