QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qazaxda aksiya: "Ali Baş Komandanın əmrini gözləyirik"

© Sputnik / Hikmet OrhunQazax rayonunda yerli əhali orduya dəstək aksiyası keçirib
Qazax rayonunda yerli əhali orduya dəstək aksiyası keçirib - Sputnik Azərbaycan
Abunə olmaq
Sıravi vətəndaşlar, keçmiş döyüşçülər, tələbələr, rayon rəhbərliyinin nümayəndələri rayon mərkəzində yürüş keçirərək, orduya dəstək nümayiş etdiriblər

BAKI, 6 apr — Sputnik. Bu gün Qazax rayonunda yerli əhali orduya dəstək aksiyası keçirib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, əsgərə dəstək nümayiş etdirən rayon sakinləri — sıravi vətəndaşlar, keçmiş döyüşçülər, tələbələr, rayon rəhbərliyinin nümayəndələri rayon mərkəzində yürüş keçiriblər.

"Gördüyünüz kimi, aksiyaya Qarabağ və Əfqanıstan müharibəsi veteranları, eyni zamanda şəhərin özündən və kəndlərdən gələn çoxlu sayda vətənpərvər insanımız qatılıb. Bizim məqsədimiz ordumuzdakı ruh yüksəkliyinin qorunub saxlanmasına, əhalimizdə qələbə əzminin yaşamasına dəstək vermək, habelə hər zaman Ali Baş Komandanın əmrinə hazır olduğumuzu sübut etməkdir. Biz bu əmri gözləyirik".

© Sputnik / Hikmet OrhunQazax rayonunda yerli əhali orduya dəstək aksiyası keçirib.
Qazax rayonunda yerli əhali orduya dəstək aksiyası keçirib - Sputnik Azərbaycan
1/5
Qazax rayonunda yerli əhali orduya dəstək aksiyası keçirib.
© Sputnik / Hikmet OrhunSıravi vətəndaşlar, keçmiş döyüşçülər, tələbələr, rayon rəhbərliyinin nümayəndələri rayon mərkəzində yürüş keçiriblər.
Sıravi vətəndaşlar, keçmiş döyüşçülər, tələbələr, rayon rəhbərliyinin nümayəndələri rayon mərkəzində yürüş keçiriblər - Sputnik Azərbaycan
2/5
Sıravi vətəndaşlar, keçmiş döyüşçülər, tələbələr, rayon rəhbərliyinin nümayəndələri rayon mərkəzində yürüş keçiriblər.
© Sputnik / Hikmet Orhunİştirakçılar yekdilliklə döyüşə hazır olduqlarını bəyan ediblər.
İştirakçılar yekdilliklə döyüşə hazır olduqlarını bəyan ediblər - Sputnik Azərbaycan
3/5
İştirakçılar yekdilliklə döyüşə hazır olduqlarını bəyan ediblər.
© Sputnik / Hikmet OrhunBir neçə saat davam edən aksiyada, müxtəlif səpkili orduya dəstək şüarları səsləndirilib.
Bir neçə saat davam edən aksiyada, müxtəlif səpkili orduya dəstək şüarları səsləndirilib - Sputnik Azərbaycan
4/5
Bir neçə saat davam edən aksiyada, müxtəlif səpkili orduya dəstək şüarları səsləndirilib.
© Sputnik / Hikmet OrhunGənclər zaman əsgərimizə dəstək olacaqlarını bildiriblər.
Gənclər zaman əsgərimizə dəstək olacaqlarını bildiriblər - Sputnik Azərbaycan
5/5
Gənclər zaman əsgərimizə dəstək olacaqlarını bildiriblər.
1/5
Qazax rayonunda yerli əhali orduya dəstək aksiyası keçirib.
2/5
Sıravi vətəndaşlar, keçmiş döyüşçülər, tələbələr, rayon rəhbərliyinin nümayəndələri rayon mərkəzində yürüş keçiriblər.
3/5
İştirakçılar yekdilliklə döyüşə hazır olduqlarını bəyan ediblər.
4/5
Bir neçə saat davam edən aksiyada, müxtəlif səpkili orduya dəstək şüarları səsləndirilib.
5/5
Gənclər zaman əsgərimizə dəstək olacaqlarını bildiriblər.

Bunu Sputnik-ə aksiyada iştirak edən, ehtiyatda olan baş leytenant, 4 ay qabaq Qarabağ cəbhəsindəki atışmada yaralanan Kamil Musavi deyib. O, ölkəmizin bütün bölgələrində olduğu kimi, Qazaxda da insanların ruh yüksəkliyi içərisində olduqlarını, ordumuza güvəndiklərini və könüllü əsgər olmağa hazır olduqlarını qeyd edib.

Bir neçə saat davam edən aksiyada, müxtəlif səpkili orduya dəstək şüarları səsləndirilib. İştirakçılar yekdilliklə döyüşə hazır olduqlarını və hər zaman əsgərimizə dəstək olacaqlarını bəyan ediblər.

Xəbər lenti
0