CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Zərərli broyler toyuqları" ilə bağlı rəsmi açıqlama gəldi

© iva7.rutoyuq əti
toyuq əti - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik: "Azərbaycanda istehsal olunan quş əti bütün beynəlxalq standartların tələblərinə tam cavab verir. İstehlak bazarına çıxarılan bütün məhsullara, o cümlədən də quş ətinə keyfiyyət nəzarəti tam təmin edilir"

BAKI, 10 mart — Sputnik. "Son zamanlar bəzi Kütləvi İnformasiya Vasitələrində "broyler toyuqları ziyandır" çağırışı ilə məlumatlar yayımlanır. Belə çağırışlar ictimaiyyətin haqlı narazılığına səbəb olur".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən (KTN) Sputnik-ə bildirilib ki, toyuq ətinin və digər heyvandarlıq məhsullarının keyfiyyətinin təyin edilməsi üçün dünya praktikasında göstərilən üsuldan və avadanlıqan istifadə edilmir: "Buna oxşar çoxlu sayda materialı internet resurslarından əldə etmək olar. Broyler toyuqları haqqında qeyd edilən material Respublikamıza aid deyildir. Nümayiş etdirilən aparat isə Çinin Tyan-Şi firmasının istehsalı olan ozonator aparatı olmaqla bir çox məqsədlər üçün istifadə edilir".

Nazirlik bildirir ki, əhali belə saxta cihazların "müayinəsinə" uymasın: "Azərbaycanda istehsal olunan quş əti bütün beynəlxalq standartların tələblərinə tam cavab verir. İstehlak bazarına çıxarılan bütün məhsullara, o cümlədən də quş ətinə keyfiyyət nəzarəti tam təmin edilir".

KTN dezinformasiya yayan bəzi KİV-lərə daha geniş məlumat almaq üçün peşəkar mütəxəssislərin rəyinə və araşdırmalarına diqqət yetirməyi tövsiyə edir.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə yayılan videoda toyuğun içərisindən çıxan zərərli maddələr nümayiş etdirilib.

Xəbər lenti
0