CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur körpünün uçmaq təhlükəsi var

© Sputnik / Shahperi AbbasovaQax rayonunun mərkəzini kəndlərlə birləşdirən Kürmük çayı üzərindəki körpü
Qax rayonunun mərkəzini kəndlərlə birləşdirən Kürmük çayı üzərindəki körpü - Sputnik Azərbaycan
Abunə olmaq
Niyə yerli əhali hökumətin yeni tikdiyi körpüdən deyil, məhz qəzalı körpüdən istifadə edir?

BAKI, 10 mart — Sputnik. Qax rayonunun mərkəzini onun kəndləri ilə birləşdirən Kürmük çayı üzərindəki yeganə körpü qəzalı vəziyyətdədir. Sputnik-in bölgə müxbiri xəbər verir ki, bir vaxtlar Qax şəhərinə Şəki istiqamətindən yeganə giriş vasitəsi olan körpü hər an uça bilər. 

Körpü - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ağstafada 4 avtomobil körpüsü inşa ediləcək

Şəki-Qax yolu yenidən inşa olunarkən Kürmük çayı üzərindən salınan yeni körpü gediş-gəlişi xeyli asanlaşdırsa da, köhnə körpü əhəmiyyətini tam olaraq itirməyib. Həmin körpü rayon mərkəzi ilə kəndlər arasında məsafəni xeyli qısaltdığından ondan indi də geniş istifadə olunur.

Bu körpünün bir üstünlüyü də başlanğıcını dağ silsiləsindən götürməsidir ki, bu da turistik baxımdan əhəmiyyətlidir. Həmin körpüyə yol Böyük Qafqaz dağ silsiləsi üzərindəki aşırımdan başlayır. Əsrarəngiz mənzərəsi olan bu aşırım keçmişlərdə Qax camaatının Şəki ilə ticarət əlaqələrinə şahidlik edib. Eyni zamanda el arasında qaçaq-quldurların tacirləri soyduğu yer olaraq da tarixi məşhurluğunu qoruyur. Turizmin inkişafını hədəf götürən Azərbaycanda belə tarixi və estetik əhəmiyyəti olan körpünün bilərəkdən sıradan çıxarılması yerli əhalidə narahatlıq yaradıb.

© Sputnik / Shahperi AbbasovaQax rayonunun mərkəzini kəndlərlə birləşdirən Kürmük çayı üzərindəki körpü.
Qax rayonunun mərkəzini kəndlərlə birləşdirən Kürmük çayı üzərindəki körpü - Sputnik Azərbaycan
1/5
Qax rayonunun mərkəzini kəndlərlə birləşdirən Kürmük çayı üzərindəki körpü.
© Sputnik / Shahperi AbbasovaKörpünün asfalt örtüyü dağılıb, yaranan çuxurlar hərəkətə maneə yaradır.
Körpünün asfalt örtüyü dağılıb, yaranan çuxurlar hərəkətə maneə yaradır - Sputnik Azərbaycan
2/5
Körpünün asfalt örtüyü dağılıb, yaranan çuxurlar hərəkətə maneə yaradır.
© Sputnik / Shahperi AbbasovaSürücülər burada hərəkətin təhlükəli olduğunu deyirlər.
Sürücülər burada hərəkətin təhlükəli olduğunu deyirlər - Sputnik Azərbaycan
3/5
Sürücülər burada hərəkətin təhlükəli olduğunu deyirlər.
© Sputnik / Shahperi AbbasovaZaman-zaman Kürmük çayında baş verən daşqınlar körpünün yarasız hala salıb.
Zaman-zaman Kürmük çayında baş verən daşqınlar körpünün yarasız hala salıb - Sputnik Azərbaycan
4/5
Zaman-zaman Kürmük çayında baş verən daşqınlar körpünün yarasız hala salıb.
© Sputnik / Shahperi AbbasovaKörpünün qəzalı vəziyyətdə olmasına baxmayaraq, sürücülər həmin yoldan istifadə edirlər.
Körpünün qəzalı vəziyyətdə olmasına baxmayaraq, sürücülər həmin yoldan istifadə edirlər - Sputnik Azərbaycan
5/5
Körpünün qəzalı vəziyyətdə olmasına baxmayaraq, sürücülər həmin yoldan istifadə edirlər.
1/5
Qax rayonunun mərkəzini kəndlərlə birləşdirən Kürmük çayı üzərindəki körpü.
2/5
Körpünün asfalt örtüyü dağılıb, yaranan çuxurlar hərəkətə maneə yaradır.
3/5
Sürücülər burada hərəkətin təhlükəli olduğunu deyirlər.
4/5
Zaman-zaman Kürmük çayında baş verən daşqınlar körpünün yarasız hala salıb.
5/5
Körpünün qəzalı vəziyyətdə olmasına baxmayaraq, sürücülər həmin yoldan istifadə edirlər.

Körpünün asfalt örtüyü dağılıb, yaranan çuxurlar hərəkətə maneə yaradır. Sürücülər burada hərəkətin təhlükəli olduğunu deyirlər. Sözügedən körpünün üzərindən ağır yük maşınlarının hərəkəti isə təhlükəni bir az da artırır. Buna baxmayaraq, sürücülər həmin yoldan istifadə edirlər.

Qax rayon Yol İstismar İdarəsindən Sputnuk-ə bildiriblər ki, "istismar müddətini başa vurduğundan, həmin körpünün yük götürmə qabiliyyəti günün tələblərinə cavab vermir. Yaxınlıqda yeni körpü inşa edildiyindən, zaman-zaman Kürmük çayında baş verən daşqınlar nəticəsində zədələnən köhnə körpünün bərpasına ehtiyac duyulmur".

Körpünün üzərinə ondan istifadənin təhlükəli olduğu barədə müvafiq nişanın qoyulmaması isə rayona avtomobillə gələn qonaqlar üçün xüsusilə təhlükəlidir. Sürücülər təhlükəsizlik baxımından həmin körpüyə nişanın qoyulmasının zəruri olduğunu bildirirlər.

Xəbər lenti
0