Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Müğənniyə "şəhid" demək Allahın şəhidlərinə qarşı haqsızlıq, İslama görə günahdır

© haqqdinislam.wordpress.comƏkrəm Həsənov-İlahiyyatçı-alim
Əkrəm Həsənov-İlahiyyatçı-alim - Sputnik Azərbaycan
Abunə olmaq
İlahiyyatçı alim Əkrəm Həsənov İlhamə Quliyevanın şəhid adlandırılmasına münasibət bildirdi.

BAKI, 29 fev-Sputnik. İslam dininə görə hər kəsə şəhid demək düzgün deyil.
İlahiyyatçı alim Əkrəm Həsənov Sputnik-ə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin mərhum xalq artisti İlhamə Quliyevanı "şəhid" adlandırmasını şərh edərkən belə deyib.

Ekspertin sözlərinə görə, hər hansı bir şəxsə şəhid deməyin şərtləri var: " Bir insanın şəhid sayılması üçün onun müsəlman olması, Allaha iman etməsi, gündəlik həyatda ibadətlərini vaxtlı-vaxtında yerinə yetirməsi lazımdır. İnsanlar o şəxsin inancına, Allahın və insanların razı qaldığı işlərinə, əməllərinə şahid olmalıdır. Şəhid sayılmaq üçün hər bir müsəlman Allahın əmr və qadağanlarını dəqiqliklə yerinə yetirməlidir. Əgər bir insan ömrü boyu Allaha asi düşübsə, haram işlər görübsə, o, Allah yanında şəhid hesab edilməz. Xüsusilə insanlar həmin şəxsi mənfi cəhətdən qiymətləndirirlərsə, belə bir şəxsə şəhid adının verilməsi Allah üçün şəhid olanlara qarşı haqsızlıq, İslama görə günah sayılır."

İlahiyyatçı hesab edir ki, elə bu səbəbdən də insanlar həmişə "şəhidlər" barədə hökm verməkdən çəkinməlidirlər:

"İslam dininə görə şəhid Allah yolunda canını, malını, ailəsini, vətənini, torpağını və.s. kimi dəyərlərini müdafiə uğrunda ölənlərə deyilir. Allahın və Peyğəmbərinin qadağan etdiyi, sevmədiyi, razı qalmadığı əməlləri edənləri şəhid adlandırmaq doğru deyil."

İslam dininə görə musiqinin bəyənilməyən günahlardan və hətta bəzi islam alimlərinə görə, haramlardan hesab edildiyini vurğulayan Ə.Həsənov deyib: "Allahın Rəsulu müğənniliyi qadağan edib. Hətta bir çox Quran ayələrində musiqinin qadağan olunması bildirilib. Bəzi təfsirçilər Quranın bir çox ayələrinin musiqinin haramlığı ilə bağlı olduğunu bildiriblər. Ancaq bu gün müsəlman ölkələrinin çoxunda musiqi ölkənin mədəniyyəti kimi təqdim olunur, elm sahəsi kimi öyrənilir, öyrədilir. Həmçinin bir çox müsəlman dövlət rəhbərlərinin qarşılanma tədbirlərində musiqi ifadə edilir. Artıq musiqi mədəniyyətin ayrılmaz bir parçası kimi dəyərləndirilir. Belə olan halda musiqiyə maraq çoxalır. Hətta təəssüfedicidir ki, bu gün elmə verilməyən qiymət və dəyər, musiqiyə verilir. Elm adamlarına, alimlərə verilməyən dəyər musiqiçilərə verilir. Əslində bu bizi daha böyük mövzuya aparır."

Церемония прощания с народной артисткой Азербайджана Ильхамой Гулиевой - Sputnik Azərbaycan
FOTO
İlhamə Quliyeva ilə vida mərasimi

Ekspert Azərbaycanda bir çox qadın müğənnilərin sponsoru məsələsinə də toxunub: "Azərbaycanda bir çox qadın müğənnilərin sponsorunun olması yəqin ki, heç kim üçün gizli deyil. Bəziləri məhz o qadın müğənninin ifasını bəyəndiyindən, bəziləri də məhz ona simpatiyalarının olduğundan dəstək verirlər. Gəlin baxaq, bu qadın müğənninin kim olmasına. Əvvəlcə bunlar haqqında Qurani-Kərimin nə buyurduğuna baxaq: "İnsanlar içərisində eləsi var ki, nadanlığı üzündən, tutduğu işin günahını anlamadan, xalqı Allah yolundan, İslam dinindən döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız oyun-oyuncaq sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir". Dində əsas şərt bir müsəlmanın qul haqqı qalmadan dünyadan köçməsidir. Əgər bir müsəlman kiminsə haqqına giribsə, onda vacibdir ki, ölməzdən əvvəl halallıq alsın. Bir müsəlman digər müsəlmanlara borclu olaraq, hüquqlarını tapdalayaraq dünyadan köçübsə, qiyamət günündə heç kimin haqqı heç kimdə qalmayacaq."

Qeyd edək ki, İlhamə Quliyeva ilə vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev demişdi: "Bizim xalqımıza ağır itkilər verib. Şəhidlərə Allahdan rəhmət diləyirəm. O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar. Çünki İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi."
Nazirin bu sözləri sosial şəbəkələrdə ciddi etirazlarla qarşılanmışdı.

Xəbər lenti
0