CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu küçəyə heç bir maşın girmək istəmir. Səbəbi...

© Sputnik / Fuad HasanovBayılda küçə
Bayılda küçə - Sputnik Azərbaycan
Abunə olmaq
Vay halına o sürücünün ki, qarşısına başqa bir maşın çıxa. Belə olan halda yolun ortasında ya dava düşəcək ya da ki, şoferlərdən biri əsəbini yenib 2,3 km geriyə, küçənin başına qayıdacaq.

BAKI, 23 fev – Sputnik. Ekrandakı şəkilə baxanda insana elə gəlir ki, bu yol hansısa ucqar rayonda ya da kənddə yerləşir. Heç kimin ağlına da gəlməz ki, bura bulvara piyada 2 dəqiqəlik məsafədə yerləşən Buxta küçəsidir. Bu küçə Təzə bulvar ətrafında, Bayıl qəsəbəsində 16 mərtəbə deyilən hündürmərtəbəli binanın arxasından başlayır. 

Yolun özəlliyi heç də asfaltın xarablığı, ya da ətraf divarların uçuq-söküklüyündə deyil. İşin məzəli tərəfi odur ki, ərazidə yaşayan sakinlər evlərini böyüdüb genişlətmək üçün maşın yolunun tam yarısını işğal ediblər. Vaxtilə 3 avtomobilin rahatlıqla gedib-gəldiyi bu küçədə bugün bir maşın çətinliklə gedə bilir. Vay halına o sürücünün ki, qarşısına başqa bir maşın çıxa. Belə olan halda yolun ortasında ya dava düşəcək ya da ki, şoferlərdən biri əsəbini yenib 2,3 km geriyə, küçənin başına qayıdacaq. 

Bu cür problemlərlə qarşılaşmaq istəməyən sürücülərin əksəriyyəti bu yolu ümumiyyətlə işlətmirlər. Hətta çox vaxt taksilər belə Buxta küçəsinə sifariş olanda, sifarişi geri çevirirlər.

Ortaya belə bir sual çıxır ki, bəs vaxtilə geniş olan bu küçəni sakinlər işğal edəndə dövlət qurumları görməyib bunu? Biz də məhz bu suala cavab tapmaq üçün həmin küçədə yaşayanlarla ayaqüstü söhbət apardıq. 

Özünü SOCAR neft şirkətinin mühəndisi kimi təqdim eliyən vətəndaş Bəhram Məmmədov, Buxta küçəsinin vaxtilə çox geniş və rahat olduğunu söylədi:

“Bu yol mən bura təzə gələndə çox geniş idi. 3 maşın asanlıqla yolda rahat gedib gələ bilirdi. 90-cı illərin əvvəllərində qarışıqlıq yarananda bir çoxları bunu fürsət bilib, maşın yolunu işğal etdilər. Öz evlərini genişləndirdilər. Amma düşünmək belə istəmədilər ki, özləri də bu yolda maşın sürəcəklər. MaşaAllah, hamısının da avtomobilləri var. Vaxtilə özlərinin etdikləri səhv ucbatında indi, maşınlarını saxlamağa yer tapa bilmirlər”.

Küçənin dar olması səbəbindən böyük firma maşınları da marketlərə məhsul gətirməkdə ciddi əziyyət çəkirlər. 

Həmin ərazi yaxın gələcəkdə söküntü planına düşdüyü üçün dövlət orada hansısa təmir və ya genişləmə işləri aparmır. 

Xəbər lenti
0