CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Biz Allahın işinə qarışa bilmərik"

© Photo : APASiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: ""Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində dinə zidd müddəalar var və bu müddəalar çıxarılmalıdır"

BAKI, 1 fev — Sputnik. "Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinə rəhbərlik edən bir şəxs kimi qeyd etmək istəyirəm ki, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində dinə zidd müddəalar var və bu müddəalar çıxarılmalıdır. Biz Allahın işinə qarışa bilmərik".

Yasamal qəbiristanlığı - Sputnik Azərbaycan
Paytaxtda qəbiristanlıq təlaşı: "Kim razı olar ki, atasının qəbrini söksünlər?!"

Sputnik xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib. O, bəzi bəndələrin allahlıq etmək fikrinə düşdüklərini bildirib: "Ona görə də bu müddəalar layihədən çıxmalıdır. Bu, Azərbaycan xalqının, ölkəmizin milli-mentalitetinə uyğun olmayan müddəalardır".

"Hesab edirəm ki, ünvanlı sosial yardıma baxış dəyişilməlidir. Ünvanlı sosial yardım o olmamalıdır ki, imkansız bir şəxs hər ay gəlib 100 manat alsın və bu proses ömür boyu davam etsin. Bu, təqaüd deyil. Bu, yardımdır ki, insan ayağa qalxsın", —deyə millət vəkili qeyd edib.

Onun sözlərinə görə, neçə illər insanlara verilən bu yardımlar havaya atılıb: "Bu məsələyə baxış dəyişməlidir. 1 illik o vəsait verilməlidir o insana və tətbiq edilməlidir işlədiyi sahəyə. Oradan gələn gəlirdən istifadə etsin ki, ailə vəziyyəti yaxşılaşmağa doğru getsin. Yoxsa biz ələbaxımlılıq öyrədirik ki, otur, işləmə, heç bir iş axtarma, məşğul olma, ayda da gəl 100 manat dövlət büdcəsindən vəsait al. Bu məsələyə baxış ümumilikdə dəyişilməlidir".

İnformasiya təhlükəsizliyi ilə bağlı prezidentin fərmanına diqqət çəkən S. Novruzovun sözlərinə görə, bununla bağlı bir çox qanunlara ciddi şəkildə dəyişiklik edilməlidir: "Bir mənbə Azərbaycan ordusu, dövlət sirri haqqında yazır öz internet səhifəsində. Yarım saatdan sonra çıxarır. Digər saytlar ona istinadən yazı verir və nəticə etıbarı ilə məlum olur ki, qoyulan məlumat xaricdə hansısa mənbədən yerləşdirilib və bundan da ölkəmizin mediası geniş şəkildə istifadə edir. Hesab edirəm ki, bunların da qarşısının alınması üçün bu sahədə biz ciddi addımlar atmalıyıq".

Xəbər lenti
0