CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlament toplanır: hansı anti-böhran qərarları veriləcək?

Abunə olmaq
Milli Məclisin sabah keçiriləcək növbədənkənar xüsusi iclasının gündəliyinə bir sıra əlavə məsələlər daxil edilib

BAKI, 18 yan — Sputnik. "Valyuta bazarında gedən proseslərə nə qədər çox inzibati müdaxilələr olacaqsa, panika şəraiti bir o qədər artacaq". Bunu Sputnik-ə açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Prezident yanında müşavirə keçirildi

Onun sözlərinə görə, əslində inzibati yollarla valyuta bazarına müdaxilələrin keçmiş qonşu ölkələrdə də, keçmişimizdə də (SSRİ dövründə) örnəyi var: "Rəsmi məzənnə ilə real məzənnə arasında fərq açılacaq, "qara bazar" effekti yaranacaq. Qara bazarda valyuta dəyişməsinin sürəti daha da artacaq. Ona görə də bu düzənləmələr elə olmalıdır ki, valyutanı inzibati yollarla tənzimləmə "qara bazar"ın yaranmasına və bankların işinə mane olmasın".

"Əslində hədəf bu olmalıdır. Bütün inzibati resurslardan istifadə edərək valyuta çıxışının qarşısını almaq hədəfə alınsa, bu, bir müddətdən sonra əks effekt verəcək və valyutanın daha da bahalaşmasına və qara bazar effektinin güclənməsinə səbəb olacaq", —deyə N. Cəfərli qeyd etdi.

Sabah Milli Məclisdə bir sıra məsələlərin müzakirə gözlənilir. Onlardan biri də 10 min dollara qədər krediti olanların 21 dekabr devalvasiyasından əvvəlki məzənnə ilə ödənişinə qərar veriləcəyidir. N. Cəfərli ilk baxışdan bunu müsbət addım hesab edir: "Bunun başqa bir tərəfi də var. Birinci devalvasiyadan öncə, yəni yanvar ayında problemli kreditlərin həcmi ölkədə cəmi 900 milyon manat idi. Problemli kreditlərin həcminin 900 milyon manat olması, birinci devalvasiyadan sonra təqribən 2 dəfəyə yaxın artdı və 1.7 milyarda qədər qalxdı. Hətta 1.05 məzənnəsi ilə belə insanlar kreditləri geri qaytarmaqda problemlər yaşayırlar. Çünki, iş yerləri bağlanır, iş yerləri ciddi ixtisar olunur, gəlirlər azalır. Bu da insanların kreditləri geri qaytarmasında problemlər yaradır".

İQTİSADİYYAT
Milli Məclis: Ölkədə ciddi özəlləşmə prosesi başlaya bilər

"Hətta banklar köhnə məzənnəyə qayıtsa belə, ödənişdə ciddi irəliləyişin olması ehtimalı çox aşağıdır. İkinci önəmli məsələ ondan ibarətdir ki, bankların itkiləri yaranır. O bankların itkiləri hansı mənbələr hesabına geri qaytarılacaq? Yəni, söhbət ondan gedir ki, banklarımızın indi xarici banklara və maliyyə qurumlarına 5,7 milyard dollar borcu var. Bunların qaytarılmasında da ciddi problemlər yaşanır", —deyə iqtisadçı qeyd etdi.

Bu baxımdan o hesab edir ki, əgər bu addım atılacaqsa, banklara da ciddi ziyan vuracaq: "Bunun hansı proseslərə gətirib çıxaracağı da məlum deyil. Əgər heç bir kömək olmazsa, bankların sürətlə bağlanmasının şahidi olacağıq".

Parlamentdə müzakirəsi gözlənilən digər məsələ, əhalinin əmanətlərinin sığortalanan hissəsinin 30 min manatdan 100 min manata qaldırılacağı ilə bağlıdır. N. Cəfərli bunu doğru qərar hesab edir: "Bu da insanlarda banka və depozitlərə güvənin artırılmasına xidmət edir. Amma burada problem odur ki, artıq vətəndaşlarda maliyyə sisteminə və manata güvən o qədər zəyifləyib ki, banklarda depozitlərin sığortalanmasından asılı olub-olmayaraq, bankların gələcək taleyi şübhə altına düşür".

Onun fikrincə, gələcək bu depozitləri geri çəkmək ehtimalı daha da artacaq: "Əgər banklarda problemlər yaşanacaqsa, kreditlərin böyük bir hissəsinin köhnə məzənnə ilə ödənilməsinin yükü bankların üzərində qalacaqsa, banklar bağlanacaq. Depozitlərin banklardan daha sürətlə çıxmasının şahidi olacağıq. Yəni, bu, inzibati yollar ilə həll olunası məsələ deyil. Burda çox ciddi iqtisadi rıçaqlar və iqtisadi yanaşma, bir proqram lazımdır və bütün sahələri əhatə edən addımların atılması çox vacibdir".

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Yuxarıda qeyd etdiklərimizdən əlavə, Milli Məclisin sabah keçiriləcək növbədənkənar xüsusi iclasının gündəliyinə bir sıra əlavə məsələlər daxil edilib. Parlamentdən APA-ya verilən məlumata görə, bunlar aşağıdakılardır:

"Satınalmalar haqqında" və "Gömrük tarifi haqqında" qanuna dəyişikliklər, Vergi və İnzibati Xətalar məcəllələrinə, "Əmanətlərin sığortalanmsı haqqında", "Əmanətlərin tam sığortalanması haqqında" və "Valyuta tənzimi haqqında" qanunlara dəyişikliklər layihəsi.

Qeyd edək ki, Milli Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.

Xəbər lenti
0