Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah yağış yağacaq

Abunə olmaq
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir

BAKI, 15 yan — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Külək - Sputnik Azərbaycan
HADİSƏ
Sabah paytaxtda hava küləkli olacaq

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Yanvarın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 17-18-də arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər.

Xəbər lenti
0