CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tibbi Sosial Ekspert Komissiyaları ləğv edilir

© mlsppƏmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq ilkin əlillik TSEK-lər tərəfindən deyil, səyyar komissiyalar tərəfindən təyin ediləcək

BAKI, 6 yan — Sputnik. "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"də müvafiq dəyişikliklər aparılıb və Nazirlər Kabinetinin 06 yanvar 2016-cı il tarixli 413 nömrəli qərarı ilə yeni Əsasnamə təsdiq edilib. İlkin əlillik Tibbi Sosial Ekspert Komissiyaları (TSEK) deyil, tibbi-sosial ekspertiza mütəxəssislərindən ibarət səyyar komissiyalar tərəfindən təyin edəcək".
Sputnik xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazir qeyd edib ki, dekabr ayında nazirlikdə səyyar komissiyaların yaradılması ilə bağlı artıq qərar qəbul edilib.

"Bu komissiyalar regionlara səfər edərək vətəndaşların ilkin əlilliyi ilə bağlı müayinə aparacaq. Bununla da vətəndaşın əlilliyin təyin olunması ilə bağlı TSEK-lərə müraciət etməsinə ehtiyac olmayacaq", —nazir qeyd edib.

Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli Sputnik-ə açıqlamasında deyib ki, bütün bu proseslər şəffaflığın təmin edilməsinə yönəlib: "Əvvəllər əlilliyin təyin olunması sistemində neqativ hallar çox idi. Əlil olmayan insanlar da müəyyən yollarla əlillik ala bilirdilər. Bu da əlilliyin artırılmasına səbəb olurdu".

© udpo.azDavud Rəhimli
Davud Rəhimli - Sputnik Azərbaycan
Davud Rəhimli

 

D.Rəhimlinin sözlərinə görə, əvvəllər bilinirdi ki, Tibbi Sosial Ekspert Komissiyalarının sədrləri, həkimlər kimdir: "Mən gedib kiminlə ünsiyyətdə olacağam. İndi bu cür deyil. İndi mobil qruplar yaradılıb. Mən bilmirəm ki, məni kim müayinə edəcək, əlilliyi kim təyin edəcək".

O əlavə etdi ki, bundan sonra mobil qruplar bu işi görəcəklər: "Onlar gedəcəklər, məsələn bu gün Lənkərana, o birisi gün Şamaxıya və s. Ona görə də məmur-vətəndaş təmasları daha da azalacaq".

Xəbər lenti
0