CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN: Günel Mövludun qardaşları narkotik satmaqda təqsirləndirilirlər

© Sputnik / Anar MustafayevDaxili işlər nazirliyi
Daxili işlər nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili İşlər Nazirliyi şairə Günel Mövludun qardaşlarının həbsinə aydınlıq gətirib.

BAKI, 14 okt — Sputnik. Daxili İşlər Nazirliyi şairə Günel Mövludun qardaşlarının həbsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, dünən polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar: “Hal şahidlərinin iştirakı ilə üzərilərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır”.

Xəbər lenti
0