11:57 11 Dekabr 2016
Canlı yayım
Meşə yanğını

ETSN xəbərdarlıq edir

youtube.com
CƏMİYYƏT
Qısa URL
7 0 0

Son günlərdə havaların isti və quraq keçməsi, eyni zamanda ölkədə ot və taxıl biçininin başlaması ilə əlaqədar olaraq yanğın hadisələri artıb.

BAKI, 30 iyun — Sputnik. Son günlərdə havaların isti və quraq keçməsi, eyni zamanda ölkədə ot və taxıl biçininin başlaması ilə əlaqədar olaraq yanğın hadisələri artıb. Demək olar ki, gündə respublikanın müxtəlif bölgələrində  taxıl və ot sahələrində, vətəndaşlara məxsus həyətlərdə, ot saxlanılan yerlərdə yanğın hadisələri baş verir. Bu yanğınların baş verməsinə əsas səbəblərdən biri isə vətəndaşların laqeyidliyi və yaxud yanğın təhlükəsizliyinə düzgün riayət etməməsidir.  

Ekologiya və Təbii sərvətlər nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Sputnik-ə açıqlamasında bildirdi ki, nazirlik tərəfindən meşələrin və meşə fonduna yaxın sərhəd ərazilərdə yanğının qarşısının alınması məqsədilə qabaqlayıcı proflaktik tədbirlər həyata keçirilir: “Qeyd edək ki, son zamanlar havaların isti və quraq keçməsi, habelə taxıl biçini ilə əlaqədar olaraq  meşələr və meşə fondu ilə həmsərhəd ərazilərdə  yanğınların baş vermə ehtimalının artması halını nəzərə alaraq nazilrik tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir və bu proses davam edəcək. Belə ki, ETSN Fövqəladə hallar nazirliyi ilə birgə tədbirlər planı tərtib edib və bu tədbirlər planına uyğun olaraq  meşə müfahizə mühəndisələri, meşə qoruqçuları, meşəbəyilər, yanğın keşikçiləri üçün təlim məşqləri keçirilib. Bununla belə yanğın təhlükəsi ehtimalı çox olan ərazilərdə  658 km uzunluğunda yanağın əleyhinə mineral zolaqlar çəkilib. Və əvvəlki illərdə çəkilmiş 563 km köhnə zolaqlar isə təmir edilib. Həmçinin meşə yanğınlarına qarşı 79 ha. sahədə budama işləri aparılıb. Bundan əlavə meşə mühafizəsi və bərpa müəssisələri  texniki avadanlıqlarla  təmin olunub, növbətçiliklər təşkil edilib.”

İ. İbrahimova onu da əlavə etdi ki, ETSN qanunvericiliyə uyğun olaraq fermer və torpaq mülkiyətçiləri ilə görüşərək onlar arasında izahat işi aparılıb, həmçinin ərazilərdə maarifləndirci lövhələr yerləşdirilib.

Nazirlik təmsilçisi bir daha vətəndaşlara xəbərdarlıq edərək, havaların isti keçməsi ilə əlaqədar olaraq vətəndaşlar təbiətdə olarakən odla ehtiyatlı olmağa və yanğın təhükəsizliyi qaydalarına əməl etməyə çağırdı: “İsti yay günlərində insanlar istirahət üçün daha çox meşələrə üz tuturlar. Onlar orada istirahət edərkən odla ehtiyalı olmalı və yanğınların baş verməməsi üçün yanğın təhlükəsizliyinə riayət etməlidirlər. Bununla belə nazirlik tərəfindən bu istiqamətdə də proflaktik tədbirlər görülür. Meşə zolaqlarına bununla bağlı maarifləndirici lövhələr yerləşdirilib və əhali arasında təbliğat işləri aparılır.” 

Əsas mövzular