18:36 10 Dekabr 2016
Canlı yayım
Bakıya giriş

“Rayonlular” vaxtadək Bakıya buraxılmayacaq?

azstatic.com
CƏMİYYƏT
Qısa URL
44 0 0

BDYPİ İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev: Hökumətin adıçəkilən məsələ ilə bağlı qərarının yaxın bir neçə gün ərzində veriləcəyi gözlənilir.

BAKI, 30 iyun — Sputnik. Yük avtomobilləri və respublikanın rayonlarında qeydiyyatda olan avtomobillərin  Bakıya girşinə qadağalar hələlik qüvvəsində qalacaq. Bunu Sputnik-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev  deyib.

Onun sözlərinə görə,  hazırda rayon qeyriyyatında  olan nəqliyyat vasitələrinin, eləcə də yük avtomobillərinin gündüz vaxtı paytaxta buraxılmasına qoyulan məhdudiyyətlər davam edir: "Bu məhdudiyyətlərlə əlaqədar hazırda Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyü Komissiyasında müzakirələr aparılır. Nazirlər Kabinetində yeni qərar qəbul edilənədək bu məhdudiyyətlər qüvvəsində qalacaq. Hökumətin adıçəkilən məsələ ilə bağlı qərarının yaxın bir neçə gün ərzində veriləcəyi gözlənilir”.

K.Əliyev bildirib ki, Bakı sakinlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq, eləcə də paytaxtda nəqliyyat sıxlığının minimuma endirilməsi məqsədi ilə zəruri tədbirlərin keçirilməsinə ehtiyac yaranıb. “Məhz bu səbəbdən də hazırda Komissiyada müvafiq müzakirələr aparılır. Komissiyanın qərarı açıqlananadək bu məhdudiyyətlər qüvvəsində qalacaq”, — deyə K.Əliyev qeyd edib.

K. Əliyev onu da əlavə etdi ki,  Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyü Komissiyasında təkcə yük avtomobillərinin, rayon qeydiyyatında olan avtomobillərin  paytaxta girişi ilə bağlı deyil, ümumiyyətlə  Bakıda yol hərəkəti qaydaları və nəqliyyat sistemi ilə bağlı bəzi dəyişikliklərin və yeniliklərin edilməsi də müzakirə olunur: “Yeni qaydalara əsasən ola bilsin ki, operativ nəqliyyat vasitələri üçün ayrıca zolaq müəyyənləşdirilsin.  Ayrıca zolaqlar təkcə  “Oyunlar zolağı” olan yollarda yox, digər yollarda da bu zolaqlar yaradıla bilər.”

DİN rəsmisi əlavə etdi ki, iriqabaritli avtomobillərin paytaxta girişinə ümumiyyətlə qadağanın qoyulması müzakirə predmetidir və bu məslə gendəlikdədir: “İriqabaritli avtomobillərin paytaxta girişinə ümumiyyətlə qadağanın qoyulması, yüklərin daşınması və paylanması, bəzi yüklərin gecə saatlarında, bəzi kommunal təsərrüfatlara cəlb olunmuş nəqliyyat vasitələrinin gecə saatlarında xidmət etməsi, bəzi yerlərə ictimai nəqliyyat vasitələrinin sayının artırılması, avtomobillərin ətraf mühitə vurduğu zərər və s. nəzərə alınaraq, ümumiyyətlə nəqliyyat problemlərinin həlli ilə bağlı bəzi yenilik və dəyişikliklərin tətbiq edilməsi ilə əlaqədar müvafiq qərar qəbul olunacağı istisna edilmir”.

O deyib ki, bütün bu məsələlərə  bağlı Nazirlər Kabinetində müzakirələrdən sonra konkret qərar veriləcək.

Əsas mövzular