14:17 04 Dekabr 2016
Canlı yayım
Çimərlik

BŞİH: çimərliklər pulsuzdur heç kim buna görə pul ödəməsin

CƏMİYYƏT
Qısa URL
486 0 0

Bakı Şəhəri İcra Hakimiyyəti bildirib ki, çimərliklərin əhalidən pul alması kimi qanunsuzluqlara qarşı mübarizə aparmaq üçün əllərindən bir şey gəlmir.

BAKI, 25 iyun – Sputnik. İsti yay mövsümünün gəlməsilə birlikdə sərinləməyə ehtiyac duyanlar təbii olaraq dənizə üz tuturlar. Lakin bəzən insanların bu istəyi xeyli maliyyə tələb etdiyindən baş tutmur.   

Son günlər redaksiyamıza çimərliklərdə olan özbaşınalıqlarla bağlı bir neçə şikayət ərizəsi daxil olub. Mövzu isə hamısında eynidir. “Bizdən dənizə girmək üçün qanunsuz olaraq pul yığırlar.”

Məsələ ilə bağlı Bakı Şəhər İcra hakimiyyətinin mətbuat xidmətilə əlaqə saxladıq. İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri olan Əliabbas Bağırov dedi ki, o, çimərliklərdə qanunsuz pul yığılmasından xəbərdardır.

“Bakı Şəhəri İcra Hakimiyyəti birmənalı olaraq bəyan edir ki, çimərliklərdən istifadə pulsuzdur. Heç kim buna görə pul ödəməsin.” – deyə Bağırov bildirib. 

O, əlavə edib ki, çimərliklərin əhalidən pul alması kimi qanunsuzluqlara qarşı mübarizə aparmaq üçün əllərindən bir şey gəlmir.

“Biz bir neçə dəfə dənizkənarı obyektlərə bununla bağlı xəbərdarlıq etmişik. Lakin daha artığını edə bilmirik. Çünki bu bizim işimiz deyil. Bu işlə güc strukturları məşğul olmalıdır.” — deyə mətbuat xidmətinin rəhbəri bildirib. 


Əsas mövzular