06:09 11 Dekabr 2016
Canlı yayım
Bank soyğunu

Kiyev bankını yarıb müdirə şokolad verib

kievvlast
CƏMİYYƏT
Qısa URL
14 0 0

Kişi 600 min qriven (təqribən 30 min dollar) aldıqdan sonra şöbə rəhbərliyi üçün plitka şokolad qoyaraq deyib: “ Bu sizə dəyən mənəvi zərərin əvəzidir.”

BAKI, 25 iyun – Sputnik. Kiyevdə naməlum şəxs bankın şöbələrinin birini qarət edərək müdir qadına şokolad qoyub. Bu haqda  Ukrayna Daxili işlər Nazirliyinin baş idarəsi məlumat verib.

Sputnik Ukrayna mediasına istinadən xəbər verir ki, ötən gün Kiyev şəhərinin Borşaqovskaya küçəsində  yerləşən Bank idarəsinin şöbəsinə saat 14:20 radələrində papaqlı və eynəkli bir şəxs daxil olub. Kişi dərhal şöbə müdirinin otağına yönələrək silaha oxşar bir əşya ilə onu hədələməyə başlayıb. Naməlum şəxs müdirdən ona kassadan pul verməyi tələb edib. Müdir də pulu sakitcə oğruya verib. Kişi 600 min qriven (təqribən 30 min dollar) aldıqdan sonra  şöbə rəhbərliyi üçün plitka şokolad qoyaraq deyib: “ Bu sizə dəyən mənəvi zərərin əvəzidir.”

Oğru sonra binanı tərk edib. Bank işçiləri həyəcan düyməsinə bassalar da, oğru hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə qədər qaçıb.

Hadisə ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 187-ci maddəsilə (Quldurluq) cinayət işi açılıb. Şübhəli axtarılır. 


Əsas mövzular