10:00 08 Dekabr 2016
Canlı yayım
Dənizdə batan adam

Kürdə Mingəçevir su anbarında batan iki nəfər xilas edilib

fhn.gov.az
CƏMİYYƏT
Qısa URL
11 0 0

FHN Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları iki nəfəri ölümdən döndəriblər.

BAKI, 24 iyun-Sputnik. Xilasedicilər suda batmaq təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib.

Sputnik Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) xilasetmə məntəqəsinin xilasediciləri Kür çayında (“Yevlax” sularda xilasetmə məntəqəsindən təxminən 3 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşən 1 nəfəri xilas ediblər. Xilasetmə əməliyyatı saat 14:59-da başa çatıb.

Digər fakt isə Mingəçevirdə qeydə alınıb. Belə ki, DSXX əməkdaşları Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsindən təxminən 1800 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfəri xilas ediliblər. Əməliyyat saat 15:16-da başa çatıb.

 

Əsas mövzular