18:36 10 Dekabr 2016
Canlı yayım
Araz Ağalarov

Araz Ağalarov: Onların ayrılmasına təəssüflənirəm

CƏMİYYƏT
Qısa URL
221 0 0

Rusiyalı biznesmen Araz Ağalarov oğlu Eminlə Leyla Əliyevanın ailəsinin dağıldığına görə təəssüflədiyini bildirib.

BAKI, 23 iyun – Sputnik. Rusiyalı biznesmen Araz Ağalarov oğlu Eminlə Leyla Əliyevanın ailəsinin dağıldığına görə təəssüflədiyini bildirib.

Bu barədə biznesmen “Vedomosti”yə müsahibəsində bildirib.

“Bunun baş verməsinə görə təəssüflənirəm. Onların ikisi də xeyirxah, pozitiv insanlardır. Görünür, nəsə alınmadı. Onların çox yaxşı münasibətləri var, birlikdə uşaqları böyüdürlər”, deyə Ağalarov vurğulayıb.

Qeyd edək ki, mayın 30-u Leyla Əliyeva öz rəsmi “İnstagram” səhifəsində bildirib ki, onun Emin Ağalarovla mübasibətlərinin formal xarakterdə olması Azərbaycanda bir çoxlarına sirr deyil və artıq onlar ayrılıblar: “Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”.

Leyla Əliyeva və Emin 2006-cı ildə ailə qurublar. Onların Əli və Mikayıl adlı əkiz övladları var.

Əsas mövzular