14:30 07 Dekabr 2016
Canlı yayım
İt gəzdirmək

Rəşid Mahmudov: “Tarqovı”da it gəzdirmək özünü qıza göstərməkdir

ytimg.com
CƏMİYYƏT
Qısa URL
56 0 0

Əhalinin sıx olduğu yerlərdə və istirahət parklarında vəhşi itlərin gəzdirilməsi artıq ənənə halını alıb.

BAKI, 23 iyun – Sputnik. Əhalinin sıx olduğu yerlərdə və istirahət parklarında vəhşi itlərin gəzdirilməsi artıq ənənə halını alıb.

Belə itləri görənlərdə, istər azyaşlı olsun, istərsə də böyüklərdə vahimə yaranır. Üstəlik bəziləri yanlarında gəzdirdikləri heyvanın boğazından xaltalarını açıb gəzdirir. Sakinlər bunu öz həyatları üçün təhlükə mənbəyi hesab edirlər. 

Bu ilin yanvar ayında Sahil bağında baş verən bıçaqlanma hadisəsi yəqin ki, hamının yadındadır.

Həmin vaxt 1989-cu il təvəllüdlü Həsən Həsənov məhz yanında gəzdirdiyi itin səbəb olduğu mübahisə zəmində qətlə yetirilmişdi. 

Məlum hadisədən sonra istirahət parklarında itlərin gəzdirilməsinin qadağan edilməsi məsələsi gündəmə gəlsə də nəticə alınmamışdı. 

Bir çox qərb ölkələrində it gəzdirmək üçün xüsusi parklar var. Paytaxt Bakıda sırf bucür parklar olmasa da, insanların sıxlıq təşkil etmədiyi kifayət qədər boş ərazilər, yeni istirahət zonaları var. Lakin nədənsə bəzi it sahibləri saxladıqları heyvanları məhz sıx yerlərdə gəzdirməyə üstünlük verirlər. 

Hamı bilir ki, Nizami küçəsi (Tarqovı) paytaxtın ən sıx və mərkəzi küçəsidir. Bura tək azərbaycanlılar yox, xaricdən gələn qonaqların gəzdiyi, əyləndiyi əsas istirahət zonasıdır. Lakin son vaxtlar bu ərazidə insanlardan çox itlərə rast gəlinir.

Tibb elmləri namizədi, ictimai xadim Rəşid Mahmudov da əhalinin gur olduğu yerlərdə və istirahət məkanlarında böyük itlərin gəzdirilməsinin əleyhinə olduğunu söylədi. O, bu barədə öz fikirlərini Sputniklə paylaşıb.

Rəşid Mahmudov
Rəşid Mahmudov

“Vəhşi itlərin əhalinin sıx olduğu parklarda gəzdirilməsi çox təhlükəlidir. Bu, quduzluq xəstəliyinə səbəb ola bilər ki, bunun da nəticəsi ölümdür. İnfeksiyon xəstəliklər sürətlə yayıla bilər”, deyə o bildirib.

Rəşid Mahmudov,gənclərin öz itlərini “Tarqovı” kimi sıx məkanlarda gəzdirməsini, özünü göstərmək sayır.

“Bu qədər boş parklar var, amma bəziləri yanlarında gəzdirdikləri vəhşi heyvanları məhz “Tarqovı”ya gətirirlər. Onların məqsədi it gəzdirmək yox, özünü qızlara göstərməkdir. Yəqin ki, bu da avropalılaşmanın bir növüdür”, deyə Mahmudov əlavə edib.

Əsas mövzular