06:15 11 Dekabr 2016
Canlı yayım
Yanğın

Bakıda ticarət obyektləri yanıb

reyndar.org
CƏMİYYƏT
Qısa URL
65 0 0

Yasamal rayonunda sahibləri məlum olmayan, bir-birinə bitişik tikilmiş çayxana, avtoyuma və dərzi sexi yanıb.

BAKI, 22 iyun-Sputnik. Bakıda ticarət obyektləri yanıb. Bu barədə sputnik-ə Fövqəladə Hallar nazirliyindən bildirilib. Məlumatda qeyd olunur ki, 22 iyun gecə saatlarında Bakı şəhəri, Yasamal rayonunda sahibləri məlum olmayan ticarət obyektlərində yanğın baş verib. Bir-birinə bitişik tikilmiş çayxana, avtoyuma və dərzi sexi yanıb. Yanğın nəticəsində ümumi sahəsi 30 kv.m olan vaqon tipli çayxananın yanar konstruksiyaları, ümumi sahəsi 60 kv.m olan avtoyuma sexinin içərisində olan müxtəlif avadanlıqlar 3 kv.m sahədə və ümumi sahəsi 18 kv.m olan dərzi sexinin tavanı 10 kv.m sahədə yanıb.

Tikililərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda yanğının səbəbləri araşdırılır. İlkin ehtimal kimi yanğına elektrik naqillərinin qısa qapanmasının səbəb olduğu bildirilir.

Əsas mövzular