03:54 04 Dekabr 2016
Canlı yayım
Masjid Islamic Center

Ramazan bayramında 4 gün istirahət

wallwidehd.com
CƏMİYYƏT
Qısa URL
121 0 0

Azərbaycanda işləyən vətəndaşlar Ramazan bayramı günlərində 4 gün ardıcıl istirahət etmək imkanı əldə edəcəklər.

BAKI, 18 iyun-Sputnik. Azərbaycanda işləyən vətəndaşlar Ramazan bayramı günlərində 4 gün ardıcıl istirahət etmək imkanı əldə edəcəklər. 

Sputnik xəbər verir ki,  Nazirləri Kabinetinin qərarına əsasən, 2015-ci ildə Ramazan bayramı iyulun 17-si və 18-də qeyd olunacaq.

Azərbaycan qanunvericiliyinə, xüsusən Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günü  istirahət günlərinə təsadüf etdikdə, növbəti həftənin ilk iş günləri istirahət günü hesab olunur. Ramazan bayramının ikinci günü —18 iyul şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 20 iyul qeyri-iş günü olacaq. Beləliklə, işləyənlər Ramazan bayramı münasibətilə ardıcıl 4 gün — iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si istirahət edə biləcəklər.  

Ramazan ayı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının və Elmi-dini Şuranın fətvası qəbul edilib və bu ilki hesablamalara əsasən Ramazan ayının 1-i miladi təqvimlə bu günə — 18 iyuna təsadüf edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının rəyini əsas tutan QMİ fətva verib ki, bu il Azərbaycanda miladi təqvimilə 18 iyun, hicri tarixilə Ramazan ayının birinci günüdür. Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimilə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.


Əsas mövzular