03:49 04 Dekabr 2016
Canlı yayım
Oqtay Şirəliyev- Səhiyyə Naziri

Səhiyyə naziri: Nikahdan əvvəl tibbi müayinə talassemiyanı azaldacaq

sehiyye.gov.az
CƏMİYYƏT
Qısa URL
31 0 0

Oqtay Şirəliyev: Nikaha daxil olanlar tibbi müayinədən keçərlərsə, özlərini İİV infeksiyasına, zöhrəvi xəstəliklərə, hemoqlobinopatiyalara, hepatit və dağınıq skleroza qarşı sığorlatalamış olarlar.

BAKI, 17 iyun-Sputnik. Nigaha daxil olan hər kəs tibbi müayinədən keçməsi talassemiyanın profilaktikası baxımından böyük əhəmiyyət daşıyır. Bunu səhiyyə naziri Oqtay Şirəliyev bu gün  səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə təşkil olunan bayram tədbirində çıxışı zamanı deyib. 

Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda  bildirlir ki, nazir çıxışında iyun ayının 1-dən ölkəmizdə nikaha daxil olan hər kəsin tibbi müayinədən keçməsi nəticəsində doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olunacağını qeyd edib: “Bu ildən tətbiq olunan daha bir addım da talassemiyanın profilaktikası baxımından böyük əhəmiyyət daşıyır. Nikaha daxil olan hər kəs tibbi müayinədən keçməlidir.  Bu zaman onlar İİV infeksiyasına, zöhrəvi xəstəliklərə və hemoqlobinopatiyalara görə müayinə edilirlər. Artıq dövlət proqramı ilə əhatə olunan xəstəliklərin siyahısına hepatit və dağınıq skleroz da əlavə olunub”.

Nazir onu da əlavə edib ki, dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan dövləti səhiyyə sahəsində vətəndaşları qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib: “5 il əvvəl əhalinin dövlət tibb müəssisələrinə etibarını qazanmağa çalışırdıqsa, müraciətlərin sayının çoxalmasına sevinirdiksə, indi bu vəzifələr artıq çoxdan həll edilib. Artıq ölkəmizdə əvvəllər ümumiyyətlə olunmayan çox mürəkkəb əməliyyatlar aparılır, o cümlədən böyrəkköçürmə, qaraciyər transplantasiyası, açıq ürək əməliyyatları geniş vüsət alıb. Bu ildən etibarən daha bir yenilik Yanıq Mərkəzində plastik rekonstruktiv cərrahiyyə əməliyyatlarının icra edilməsidir. Əməliyyatların sayı artsa da, əməliyyatdan sonra ölüm halları dəfələrlə azalıb”.

 

 


Əsas mövzular