03:52 04 Dekabr 2016
Canlı yayım
Yoxsulluq

Rusiyada yoxsulların sayı 23 milyona nəfərə çatıb

© Flickr/
CƏMİYYƏT
Qısa URL
3 0 0

2015-ci ilin birinci rübünün yekunlarına görə, ölkə əhalisinin 22,9 milyon nəfərinin aylıq gəliri yaşayış minimumundan da aşağı olub.

BAKI, 12 iyun — Sputnik. Rusiyada yoxsulların sayı 23 milyona nəfərə çatıb. 

Sputnik Rusiya Federeasiyasının Statistika komitəsinin məlumatına istinadən xəbər verir ki, 2015-ci ilin birinci rübünün yekunlarına görə, ölkə əhalisinin 22,9 milyon nəfərinin aylıq gəliri yaşayış minimumundan da aşağı olub.

Bu isə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,1 milyon çoxdur.

Aparılan statistik yoxlamalar göstərir ki, ölkədə yoxsulluğun səviyyəsi 16%-ə qalxıb. Yaşayış minimumunun həddi də 7 688 rubldan 9 662 rubla qalxıb.

Əhalinin gəlirlərində də azalma olub. Belə ki, cari ilin aprel ayında rusiyalıların əmək haqqı 13,2 % azalıb. 

Əsas mövzular