03:49 04 Dekabr 2016
Canlı yayım
Dərmanlar

Tarif Şurası: dərmanların qiymətində ciddi ucuzlaşma olacaq

© Flickr/
CƏMİYYƏT
Qısa URL
23 0 0

Yeni tariflər tətbiq olunduqdan sonra dərman pereparatlarının qiymətində çox ciddi qiymət dəyişiklikləri olacaq.

BAKI, 11 iyun — Sputnik. Yeni tariflər tətbiq olunduqdan sonra dərman pereparatlarının qiymətində çox ciddi qiymət dəyişiklikləri olacaq.

Sputnik xəbər verir ki, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib. Onun sözlərinə görə, yeni qiymətlər tətbiq olunduqdan sonra dərman vasitələrinin vahid qiymətlə satışı nəticəsində bu sahəyə dövlətin nəzarəti güclənəcək: “Elə dərmanlar var ki, çox bahadır. İnsanlar həmin dərmanların qiymətində enmənin şahidi olacaqlar”.

Məcidov bildirib ki, dərman pereparatları bütün apteklərdə eyni qiymətlərə olacaq: “Bu həm də sığorta sisteminin inkişafına töhfə vermiş olacaq. Artıq 10 istinad ölkəsi təsdiq edilib. Sahibkarların fəaliyyəti baxımından bildiyiniz kimi 22 may tarixində Nazirlər Kabineti tərəfindən müvafiq qayda təsdiq olunub. Burada həm topdançılar, həm də aptek təşkilatları üçün müəyyən marjalar nəzərdə tutulub. Həmin marjalar da beynəlxalq təcrübə ilə müqayisədə kifayət qədər normaldır. Apteklər həmin marjalarla öz fəaliyyətlərini normal şəkildə təmin edə biləcəklər və qiymət baxımından apteklər arasında rəqabətə ehtiyac qalmayacaq. Bütün rəqabət keyfiyyət müstəvisinə keçmiş olacaq”.

Teqlər:
dərmanlar, yeni qiymətlər, keyfiyyət, rəqabət, marjalar, dərman pereparatları, Ucuzlaşma, Nazirlər Kabineti, Tarif Şurası, İlkin Məcidov, Azərbaycan

Əsas mövzular