14:17 04 Dekabr 2016
Canlı yayım
Sosial şəbəkələr

ABŞ-da hansı sosial şəbəkə daha populyardır?

bargeo.fr
CƏMİYYƏT
Qısa URL
29 0 0

“BI Intelligence” analitik şirkəti ABŞ-da sosial şəbəkə istifadəçilərinin demoqrafik təhlilini aparıb.

BAKI, 8 iyun — Sputnik. “BI Intelligence” analitik şirkəti ABŞ-da sosial şəbəkə istifadəçilərinin demoqrafik təhlilini aparıb.

Bu barədə Sputnik Rabitə və Yüksək Texnologiyalar nazirliyinin saytına istinadən məlumat verir.

Əldə olunan nəticələrə görə, “Pinterest” şəbəkəsi daha çox qadınları əhatə edir. Belə ki, internetə çıxış imkanına malik zəif cinsin nümayəndələri olan amerikalıların 42 faizi bu sosial şəbəkədən istifadə edir. Kişilər arasında bu göstərici 13 faizə bərabərdir.

"Instagram” 2014-cü ilin yekunları üzrə ABŞ yeniyetmələri arasında daha çox istifadə edilən sosial şəbəkə olub. Onların 32 faizi məhz bu şəbəkəni əsas şəbəkə adlandırıb, 16 faizi “Facebook” sosial şəbəkəsinə üstünlük verib.  

“comScore” şirkətinin məlumatına görə, “Snapchat”, “Vine” və “Tumblr” şəbəkələri daha çox gənc auditoriyanı cəlb etməyə nail olub. “Snapchat” şəbəkəsində 18-24 yaşlılar (45 faiz) üstünlük təşkil edir, “Vine” və “Tumblr” şəbəkələrində bu nəslin nümayəndələri isə 28 faizə bərabərdir.

“LinkedIn” daha çox yaxşı təhsil almış və maddi vəziyyəti qənaətbəxş olan amerikalılar arasında populyardır. Bu şəbəkədə illik gəliri 75 min dollardan çox olan amerikalıların 75 faizi qeydiyyatdan keçib.

Tədqiqatçılar “Facebook”, “Twitter”, “LinkedIn” və “Pinterest” auditoriyasının yaşlı nəslin nümayəndələri tərəfindən istifadə edilməsinin çoxalmasını qeyd edirlər. Bu tendensiya daha çox istifadəçi auditoriyası hamıdan çox olan “Facebook”da özünü büruzə verməyə başlayıb.

Əlaqədar

Sosial şəbəkədə təhqirə yol verən öz mahiyyətini ortaya qoyur

Əsas mövzular