03:53 04 Dekabr 2016
Canlı yayım
Kişi və qadın

Qadınlar intellekt səviyyəsinə görə kişiləri geridə qoyur

theelderinsider.com
CƏMİYYƏT
Qısa URL
12 0 0

Alimlərin fikrincə, son yüzillikdə qadınlar əqli inkişafda kişiləri üstələməyə başlayıblar.

BAKI, 8 iyun — Sputnik. Yeni Zelandiya alimlərinin fikrincə, son yüzillikdə qadınlar əqli inkişafda kişiləri üstələməyə başlayıblar.

Bu barədə Sputnik Newsland-a istinadən məlumat verir.

Bu proses vətəndaş cəmiyyətinin inkişafı, qadınların hüquq və azadlıqlarının artması, ailə və işin bir araya sığışdırılması imkanlarının çoxalması ilə sıx bağlıdır.

Tədqiqatın nəticələri sübut edib ki, son əsrdə qadınlar arasında “IQ” intellekt əmsalı səviyyəsi kişilərdə analoji göstəricini xeyli üstələməyə başlayıb. Əvvəllər qadınların bu göstərici üzrə kişilərdən geri qalması müşahidə olunurdusa, son vaxtlar "zəif cins" bu istiqamətdə irəliləyiş edərək kişiləri geridə qoymağa nail olub.

Bununla yanaşı, alimlər qeyd edir ki, müşahidə olunan tendensiya kifayət qədər stabildir və yaxın illərdə fərq daha da arta bilər.

Qadınların intellekt mübarizəsində liderliyinin səbəbini alimlər müasir qadınların demokratik cəmiyyətlərdə bütün hüquqlara malik olmaları və ictimai, iqtisadi və siyasi həyata tam cəlb olunmaları ilə izah edirlər.

Əsas mövzular