21:18 09 Dekabr 2016
Canlı yayım
Bakı 2015 sarı xətt

Paytaxtın Tbilisi prospektində “Oyunlar zolağı”nın yeri dəyişdirilib

apa.az
CƏMİYYƏT
Qısa URL
23 0 0

Zolaq yolun hərəkət hissəsinin solundan sağına keçirilib.

BAKI, 6 iyun — Sputnik. Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə daha bir ərazidə I Avropa Oyunları zamanı müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində çəkilmiş “Oyunlar zolağı”nın yeri dəyişdirilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, dəyişiklik Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində yerləşən dairədən Avdulvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünədək olan hissəsində həyata keçirilib. Sözügedən ərazidə “Oyunlar zolağı” yolun hərəkət hissəsinin solundan sağına keçirilib.

Bundan öncə analoji addım Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun Beynəlxalq Avtovağzal ərazisindən çıxan hissəsi ilə kəsişməsindən “20 Yanvar” tunelindən keçməklə “20 Yanvar” dairəsi istiqamətində olan yolda atılıb.

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə daha bir dəyişiklik Tbilisi prospektinin Avdulvahab Salamzadə küçəsinin kəsiməsində yerləşən yol ötürücüsündən “20 Yanvar” dairəsinə daxil olan yan yola qədər olan hissəsində həyata keçirilib. Sözügedən istiqamətdə yolun hərəkət hissəsinin ensiz olması nəzərə alınaraq burda “Oyunlar zolağı” ləğv edilib.

Əlaqədar

Sarı xətti keçən 600-ə yaxın avtomobil cərimələnib
“Oyunlar zolağı” yenidən rənglənir

Əsas mövzular