10:46 03 Dekabr 2016
Canlı yayım
Şəfaət Mehdiyev küçəsi təmirdən sonra

Şəfayət Mehdiyev küçəsinidə nəqliyyatın hərəkəti bərpa olunub

avtosfer.az
CƏMİYYƏT
Qısa URL
4 0 0

Akademik Şəfayət Mehdiyev küçəsinin Akim Abbasov küçəsinin kəsişməsindən Tbilisi prospektinin kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti tam olaraq bərpa olunub.

BAKI, 4 iyun — Sputnik. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC  tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri çərçivəsində bağlı olan Akademik Şəfayət Mehdiyev küçəsinin Akim Abbasov küçəsinin kəsişməsindən Tbilisi prospektinin kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti tam olaraq bərpa olunub.

"Azəryolservis"dən verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində küçənin 1 200 metrlik hissəsinin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib, ümumilikdə 22 min kvadrat metr sahədə asfaltlanma işləri aparılıb.

Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub.

Akademik Şəfayət Mehdiyev küçəsinin ümumi uzunluğu 1700 metr, eni ortalama 18 metrdir. Ümumilikdə küçə boyu 30 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib, 3 min paqon-metr yeni səki daşı düzülüb.

Əlaqədar

Bakının mərkəzi küçələri bağlanır
Bakıda Şəfayət Mehdiyev küçəsinin bağlı olan hissəsi açılıb
Sabah Bakıda əsas küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakının Cavadxan küçəsi təmirə bağlandı

Əsas mövzular