06:14 11 Dekabr 2016
Canlı yayım
Bakı 2015 sarı xətt

“Oyunlar zolağı” yenidən rənglənir

apa.az
CƏMİYYƏT
Qısa URL
810

4 iyun axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı-Ələt avtomobil yolunun “Lökbatan dairəsi”ndən “Bibiheybət məscidi”nədək olan hissəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

BAKI, 4 iyun — Sputnik. 4 iyun axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı-Ələt avtomobil yolunun “Lökbatan dairəsi”ndən “Bibiheybət məscidi”nədək olan hissəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildirilib ki, bununla bağlı olaraq sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni rənglənmə işləri bir hərəkət zolağında aparılırsa, nəqliyyat vasitələri digər hərəkət zolaqları ilə hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirə biləcəklər.

Qeyd edək ki, I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri Ziya Bünyadov prospektində artıq yekunlaşıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində təyin edilən yerlərdə Bakı-2015 Avropa Oyunlarının loqotipinin şəkli çəkilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət edilir və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılıb.

Əlaqədar

Sarı xətti keçən 600-ə yaxın avtomobil cərimələnib

Əsas mövzular