21:58 02 Dekabr 2016
Canlı yayım
Ofis işçisi

Ofis işçisi günü ərzində minimum iki saat ayaq üstə durmalıdır

olehsobolev.com
CƏMİYYƏT
Qısa URL
4 0 0

Britaniya alimlərinin qənaətinə görə, ofis işçiləri sağlamlıqlarını qorumaq üçün iş günü ərzində minimum iki saat ayaq üstə durmalıdırlar.

BAKI, 4 iyun — Sputnik. Britaniya alimlərinin qənaətinə görə, ofis işçiləri sağlamlıqlarını qorumaq üçün iş günü ərzində minimum iki saat ayaq üstə durmalıdırlar.

Oturaq həyat tərzinin insan sağlamlığına təsirinin təhlili İngiltərə Səhiyyə Departamentinin (Public Health England) sifarişi ilə keçirilib. Nümunə kimi kompüter arxasında oturaraq işləyən şirkət əməkdaşlarının günün nizam qaydası götürülüb. Həkimlər qərara gəliblər ki, uzun müddət oturmaq ürək-damar xəstəlikləri, diabet, xərçəng, onurğa sütunu və həzm problemləri kimi ciddi fəsadlara yol aça bilər.

Bununla əlaqədar tədqiqatçılar oturaq həyat tərzinin pis nəticələrini minimuma endirmək üçün düz qamətlə işləməyi və səkkiz saatlıq iş günü ərzində ayaq üstə ən azı iki saat keçirməyi tövsiyə edirlər. Mütəxəssislər bu tövsiyənin yerinə yetirilməsi üçün mümkün üsullar kimi liftdən istifadədən imtina edərək pilləkənlə qalxmağa, telefonla danışarkən stuldan durmağa, eləcə də mümkün olan halda iş yoldaşlarına elektron poçtdan istifadə etmədən birbaşa müraciət etməyə çağırırlar.

Tədqiqatda o da qeyd olunur ki, Skandinaviya ölkələrində iş yerlərinin 90 faizi əməkdaşa noutbuku və ya kompüteri uyğun hündürlüyə qaldırmağa və ayaq üstə işləməyə imkan verən xüsusi avadanlıqla təchiz edilib. Böyük Britaniyada bu göstərici 1 faizə bərabərdir.

Əsas mövzular