21:22 09 Dekabr 2016
Canlı yayım
Media və Mülki Cəmiyyət İctimai Birliyinin Yardımlıda tədbiri

Vətəndaş-məmur münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub

sputnik.az
CƏMİYYƏT
Qısa URL
5 0 0

Media və Mülki Cəmiyyət İctimai Birliyi Yardımlı rayonunda “Cənub bölgəsində vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi ilə bağllı maarifləndirmə tədbirlərinin keçirilməsi” mövzusunda konfrans keçirib.

BAKI, 3 iyun — Sputnik. Vətəndaş-məmur münasibətlərinin mövcud vəziyyəti və problemlər müzakirə olunub. 

Sputnik xəbər verir ki, Media və Mülki Cəmiyyət İctimai Birliyi Yardımlı rayonunda “Cənub bölgəsində vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi ilə bağllı maarifləndirmə tədbirlərinin keçirilməsi” mövzusunda konfrans keçirib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Yardımlı şəhərində  “Vətəndaş-məmur münasibətlərinin mövcud vəziyyəti və problemlər” mövzusunda  təşkil toplantıda  sivil məmur-vətəndaş münasibətlərinin güclü dövlətçilik üçün əhəmiyyəti, məmur-vətəndaş münasibətlərinin yaxşılaşdırılması üzrə dövlət siyasəti, məmur-vətəndaş münasibətləri üzrə hüquqi baza, məmur-vətəndaş münasibətlərində mövcud problemlər və həlli yolları müzakirə olunub.   

Tədbiri giriş sözü ilə açan Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov deyib ki, sosial-hüquqi maarifləndimə istiqamətində ictimai müzakirəni təşkil etməkdə məqsəd vətəndaşların sosial hüquqi maariflənməsinə nail olmaq, onları qanunlarımızla tanış etmək, sosial hüquq pozmalarının qarşısını almaqda, hüquqlarının qorunmasında vətəndaşlara yardım göstərmək, ictimai şüurda hüquq mədəniyyətini inkişaf etdirməkdir. 

Mövzu ilə bağlı məruzə ilə çıxış edən hüquqşünas Mirəli Hüseynov bildirdi ki, bir çox hallarda vətəndaşların dövlətə münasibəti onu təmsil edən və onun adından çıxış edən rəsmi şəxslərin – məmurların davranışı əsasında formalaşır. O deyib ki, məmur-vətəndaş münasibətlərinin xarakteri ümumilikdə cəmiyyətin əhvali-ruhiyyəsinə, cəmiyyətdə sabitliyin təmin edilməsinə, vətəndaşların öz dövlətinə inamına əhəmiyyətli dərəcədə təsir göstərir.

Məruzəçinin sözlərinə görə, bizdə bu gün “Elektron Azərbaycan” Dövlət Proqramı gerçəkləşməkdədir. Bu proqram birbaşa məmur-vətəndaş münasibətlərini  elektron münasibətlərə çevirir. Elektron münasibətlər isə keçmişdəki vaxt itkisini, təmənnalığı aradan qaldırır. Bu proqram ölkəmizin iformasiya-kommunikasiya sahəsində sosial sifarişi  uğurla həyata keçirməkdədir. Adı çəkilən proqram informasiya cəmiyyətinin tələblərindən doğub. Lakin bütün bunlarla yanaşı vətəndaşların öz hüquqları barədə yetərli səviyyədə məlumatlı olmaması onların öz problemləri ilə lazımi şəkildə məşğul olmamasına gətirib çıxarıb. 

Yardımlı rayon İcra Hakimiyyətinin şöbə müdiri Zakir İmanov son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini, ölkə həyatının bütün sahələrində ardıcıl olaraq həyata keçirilən və sosial rifahın getdikcə yüksəlməsinə istiqamətlənmiş əlverişli hüquqi və sosial-iqtisadi siyasət insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsində, etibarlı müdafiəsində, ümumilikdə davamlı inkişafında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib: “Bu inkişaf Yardımlıdan da yan keçməyib. Görülən işlərin bir çoxunun əyani şahidi oldunuz. İcra çaşçısının tapşırığı ilə vətəndaşların hüquqlarının pozulması hallarına qarşı da rayonumuzda ciddi tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, son 3 ildə Yardımlı rayonunda ərizə və şikayətlərin sayı 50 faiz azalıb”.

Yardımlı rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Ayaz Əliyev rəhbərlik etdiyi müəssisədə  vətəndaşların  hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçilik, bürokratik əngəllər, məmur özbaşınalığına yol vermədiklərini söyləyib: “Bizdə həftənin müəyyən günü rəsmi qəbul günü olsa da, vətəndaşların hər gün qəbul edirik. İmkanımız daxilində onların problemlərinə yardımçı olmağa çalışırıq."

Digər çıxışçılar da cəmiyyətdə bir çoxlarımıza bəlli olan yuxarıda sadalanan problemlərin əsas səbəbləri və aradan qaldırılması yollarından danışıblar. Bütün hallarda bu yolun sosial-hüquqi maariflənmədən keçdiyi xüsusi olaraq qeyd olunub. 

 

Əsas mövzular