23:16 09 Dekabr 2016
Canlı yayım
Müdafiə Nazirliyi

Silahlı Qüvvələrə Yardım Fonduna 64 mln manata yaxın vəsait yığılıb

apa.az
CƏMİYYƏT
Qısa URL
2 0 0

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il iyunun 1-dək 63 milyon 984 min 837,59 manat, 211 min 791,88 ABŞ dolları və 593,69 avro vəsait yığılıb.

BAKI, 2 iyun — Sputnik. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il iyunun 1-dək 63 milyon 984 min 837,59 manat, 211 min 791,88 ABŞ dolları və 593,69 avro vəsait yığılıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.

Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Əlaqədar

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 82 dəfə pozub
Erməni silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 72 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 80 dəfə pozub

Əsas mövzular