11:55 11 Dekabr 2016
Canlı yayım
Çimərlik

Hansı çimərliklər istifadəyə yararlıdır?

azxeber.com
CƏMİYYƏT
Qısa URL
120 0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini keçirir.

BAKI, 1 iyun — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini keçirir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər görür. ETSN tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb.

Monitorinqin nəticələrinə görə, qurğuların quraşdırıldığı ərazilərdə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalıb, son illər ərzində həmin sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan “Escherichia coli”nin miqdarı minimum həddə çatıb. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə (Sumqayıtın, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) ötən il olduğu kimi, bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə bu çimərlik ərazilərində bağırsaq çöpü bakteriyalarının və şərti patogen “Escherichia coli”nin miqdarı normadan artıq müəyyən olunub.

Son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin, eləcə də Novxanı və Corat bağlarının sahil zolağındakı çimərlik sahələri (Sumqayıtın, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

Əsas mövzular