23:20 09 Dekabr 2016
Canlı yayım
mobil telefon

Mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadıldı

itube.com.ua
CƏMİYYƏT
Qısa URL
1910

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 30 gündən 60 günə kimi uzadıb.

BAKI, 1 iyun — Sputnik. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 30 gündən 60 günə kimi uzadıb.

Bu barədə nazirin birinci  müavini İltimas Məmmədov məlumat verib. Belə bir qərarın qəbul edilməsində məqsəd 1-ci Avropa Oyunları ilə əlaqədar mobil telefondan istifadə zamanı istifadəçiləri problemsiz rabitə ilə təmin etməkdir.

"Mobil cihazların qeydiyyatdan keçirilməsi" elektron xidməti hazırda "Elektron Hökumət" portalı üzərindən fəaliyyətdə olan aktual xidmətlərdəndir. Vətəndaşların xarici ölkələrdən aldıqları mobil cihazların sözügedən xidmət vasitəsilə asanlıqla qeydiyyatdan keçirilməsi mümkündür.

Cari ilin keçən dövrü ərzində portal üzərindən təqdim olunan "Mobil cihazların qeydiyyatdan keçirilməsi" elektron xidmətindən 222998 dəfə istifadə olunub.

"Elektron Hökumət" portalı üzərindən vətəndaşlara təqdim edilən "Mobil cihazların İMEİ kodunun yoxlanılması" xidməti də xüsusi əhəmiyyətə malikdir və vətəndaşlar tərəfindən ən çox istifadə edilən xidmətlərdəndir.. Xidmətdən mobil cihazların standartlara uyğun olub-olmadığı və eləcə də, qeydiyyatı barədə informasiya əldə etmək olar.


Əsas mövzular