QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbhə bölgəsində mühüm görüş

© Foto: mod.gov.azŞəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da yüksəlməsinə səbəb olan görüş
Şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da yüksəlməsinə səbəb olan görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da yüksəlməsinə səbəb olan görüş

BAKI, 29 okt — Sputnik. Baş leytenant Kamil Musəvi Silahlı Qüvvələrimizin peşəkar, vətənpərvər zabitlərindən biri olub. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Vətən qarşısında əsgəri borcunu şərəf və vicdanla yerinə yetirib.

"Kamil Musəvi dəfələrlə Silahlı Qüvvələr üzrə keçirilən bir çox yarış və müsabiqələrdə qalib olub. Lakin bir il öncə cəbhə bölgəsində döyüş tapşırığını yerinə yetirən zaman tabeçiliyində olan əsgəri təhlükədən xilas edərkən ağır xəsarət alıb. Hərbi həkimlərin səyi nəticəsində o, ölümün pəncəsindən xilas edilib və bu gün də ayaqdadır. Sağ ayağını və sol gözünü itirməsinə, ciddi xəsarət almasına baxmayaraq döyüş ruhunu, qələbə əzmini itirməyib", — nazirlikdən bildirilib.

Qeyd olunub ki, N nömrəli hərbi hissədə K.Musəvi ilə keçirilən görüş şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da yüksəlməsinə səbəb olub: "Gənc zabiti görüş iştirakçılarına təqdim edən polkovnik Abdulla Qurbani onun həyat və qısa hərbi xidmət yolu barədə məlumat verib".

© Foto: mod.gov.azŞəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da yüksəlməsinə səbəb olan görüş
Şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da yüksəlməsinə səbəb olan görüş - Sputnik Azərbaycan
1/4
Şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da yüksəlməsinə səbəb olan görüş
© Foto: mod.gov.azŞəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da yüksəlməsinə səbəb olan görüş
Şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da yüksəlməsinə səbəb olan görüş - Sputnik Azərbaycan
2/4

3/4

4/4

Baş leytenant K.Musəvi həmin dəhşətli anları xatırlayıb, ekstremal vəziyyətdə əsgəri təhlükədən necə xilas etdiyini, özündə güc toplayaraq təhlükəli zonadan necə çıxdığını yada salıb və minnətdarlıq hissi ilə bildirib ki, bu gün şəhid ailələri, eləcə də döyüşlərdə yaralanaraq əlil olanlar həm dövlətin, həm də Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədirlər. Onlar hər cür qayğı ilə əhatə olunublar. Hər birimiz bu torpaq uğrunda canımızı və qanımızı qurban verməyə hazır olmalıyıq. Təki Vətən sağ olsun.

MN-dən verilən məlumata görə, baş leytenantlar Cəlal Şahverdiyev və Səftər Məhərrəmov kursant yoldaşları olmuş K.Musəvinin hələ məktəb illərindən öz fəallığı, vətənpərvərliyi ilə digər kursantlardan seçildiyini qeyd edib və əminliklə bildiriblər ki, onun yarımçıq qalan zabitlik arzularını öz arzularına calayaraq ləyaqətlə həyata keçirəcəklər: "Polkovnik-leytenant Hafiz Şıxəliyev, kapitan Cəlal Kərimov, leytenant Ülfət Hümbətov, çavuş Habil Əliyev və başqaları çıxış edərək K.Musəviyə bir örnək zabit kimi gənclərin hərbi vətənpərvərlik tərbiyəsində uğurlu fəaliyyət arzulayıblar".

Görüşün təşkilatçılarına minnətdarlığını bildirən K.Musəvi yaxın vaxtlarda paralimpiya hərəkatına qoşulacağını və mötəbər yarışlarda keçmiş döyüşçü İlham Zəkiyev kimi üçrəngli bayrağımızı zirvələrə ucaldacığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonda K.Musəviyə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının təsis etdiyi "General Həzi Aslanov" yubiley medalı təqdim olunub".

Xəbər lenti
0